Güney Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

2021-06-10 15:33

İyunun 10-da Güney Azərbaycan və İranda koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

Həmədan əyalətində son sutkada daha 4 COVİD-19 xəstəsi dünyasını dəyişib. Bununlada bu günə kimi Həmədanda  koronovirus qurbanlarının ümumi sayı 2215 nəfərə çatıb. 362 nəfər koronovirusa yoluxma şübhəsi ilə xəstəxanalara müraciə edib. Onlardan 167-də koronovirus infeksiyası aşkar olunub. 67 nəfər xəstəxanalarda yerləşdirilib. Pandemiya başlayandan bu günə kimi Həmədanda sağlıq ocaqlarına yerləşdirilən koronovirus xəstələrinin sayı 17728 nəfərdir.


Zənganda son 24 saatda 2 koronavirus xəstəsi həyatını itirib. Virusa yoluxmuş 10 nəfər xəstəxanaya yerləşdirilib. Zənganda bu günə kimi Govid-19-dan ölənlərin ümumi sayı 1475 nəfərə, tibb mərkəzlərinə qəbul edilən xəstələrin sayı isə 26430 nəfərə yüksəlib.


Ərdəbil əyalətində son sutkada daha 2 koronavirus xəstəsinin vəfatı ilə pandemiyanın başlamasından indiyə kimi infeksiya qurbanlarının sayı 1805 nəfərə çatıb.

Daha 23 nəfər xəstəxanalarda yerləşdirilib. Hazırda əyalətdə infeksiyaya yoluxma səbəbindən sağlıq ocaqlarında müalicə olunan xəstə sayı 160 nəfərdir. Onlardan 37-i reanimasiya şöbələrində xüsusi nəzarət altındadırlar.


Şərqi Azərbaycan əyalətinin Sağlamlıq Mərkəzinin Yoluxucu Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Şöbəsinin rəhbəri Simin Xəyyat bu gün mətbuata verdiyi açıqlamada əyalət üzrə yoluxan və ölənlərlə bağlı dəqiq məlumat verməyib.

O bildirib ki. hazırda yoluxmalarda 25% azalma müşahidə olunur. Simin Xəyyat əyalət üzrə COVİD-19 xəstələrinin günlük olaraq 8-9 nəfərinin dünyasını dəyişdiyini qeyd edib.

Bu saata qədər başqa əyalətlərdə koronavirus statistikası verilməyib. 

 
İyunun 10-da İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 153 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 81,672  nəfərə çatıb. Son 24 saatda 12,398 yeni növ COVİD-19 infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu günə qədər ümumi yoluxma sayı 3,003,112 nəfərə yüksəlib. 
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Günaz.TV-nin başçısı “Urmu Birlik Səsi” siyahısının düşmənlər tərəfindən təhrifi ilə bağlı xəbərdarlıq edib-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17

gun az article

İran-Azərbaycan sərhədində Xomeyninin böyük şəkli olan lövhə quraşdırılıb – FOTO

2021-06-17

gun az article

Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkcə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

2021-06-17

gun az article

GünazTV June.16.2021-Görüş: Şuşa Bəyanaməsinin əhəmiyyəti, Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-17

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15