Güney Azərbaycanda koronavirusa yoluxanların sayı artır

09.04.2020, 14:43

GünAz TV: Güney Azərbaycanda koronavirusa yoluxanların və infeksiyadan ölənlərin sayı gün keçdikcə kəskin şəkildə artır.

 

 

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı qeydə alınan Şərqi Azərbaycan əyalətində yeni rəqəmlər açıqlanmayıb. Lakin dünən verilən məlumata əsasən əyalətdə koronavirusa yoluxanların sayı 2282 nəfərə,  infeksiyasından ölənlərin sayı isə 222 nəfərə çatıb.

 

İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Bu əyalətdə də yeni rəqəmlər açıqlanmayıb. Dünən verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilib.

 

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1195 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən, son 24 saatda daha 110 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayının 90 nəfərə çatdığını bildirib. 

 

 

 

Ərdəbil əyalətində də bu günə kimi 657 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha beş nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 115 nəfərə çatıb.

 

 

 

Zəncan əyalətində infeksiyaya yoluxanların sayı 731, xəstəlikdən ölənlərin sayı 74 nəfərə çatıb.  

 

Həmədan əyalətində isə yeni rəqəmlər açıqlanmayıb. Aprel 7-dən etibarən yenilənməyən statistikaya görə, 558 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib.

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi. 

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda minlərlə dərs otağı çatışmır

2022-08-10

gun az article

SEPAH mediası Mirhüseyn Musəviyə qarşı hücuma başlayıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanın 6 şəhərində təhlükəli vəziyyət elan olundu

2022-08-10

gun az article

Güneyli müəllim Əhər zindanına köçürülüb

2022-08-10

gun az article

İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

2022-08-10

gun az article

“Özümüz” proqramında müzakirə: “Səfəvi imperiyası: təriqətdən şəriətə” -VİDEO

2022-08-10

gun az article

Güneyli məhbus barədə yeni cinayət işi açılıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

2022-08-10

gun az article

Həmədanda qaz borusu partlayıb-Ölən və yaralananlar var

2022-08-10

gun az article

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022-08-09

gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09

gun az article

Urmu gölü ilə bağlı son durum açıqlandı: Su həcmi ekoloji vəziyyətlə müqayisədə 88 faiz azalıb

2022-08-09

gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08