SON XƏBƏRLƏR

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır-rəsmi statistika

2021.10.20, 07:36
Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır-rəsmi statistika

Gunaz.tv

GünAz TV: İran rəsmilərinin açıqlamalarına görə, Güney Azərbaycanın müxtəlif bölgələrində koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır. 

 

Təbrizin Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn  Sominin dediyinə görə, Şərqi Azərbaycanda son 24 saatda 12 yeni yoluxma halı aşkarlanıb və beləliklə bu virusa yoluxanların sayı 60 nəfərə çatıb.

 

Rəsminin sözlərinə görə, indiyə qədər Şərqi Azərbaycan əyalətində dörd nəfər  xəstəlikdən canını itirib.

 

Somi əlavə edib ki, xəstəliyin yayılması davam edir, lakin koronavirusa yoluxanların 80 faizinin ümumi vəziyyəti qənaətbəxşdir.   

 

Şərqi Azərbaycanda virusa yoluxanların əksəriyyəti Təbriz xəstəxanalarında müalicə alırlar.

 

Rəsmi məlumata görə, Qərbi Azərbaycan əyalətində 150 nəfər şübhəlidən yeddisinin koronavirusa yoluxması təsdiqlənib.

 

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur.

 

Ərdəbil Tibb Universitetinin rəisi, Qudrət Əxəvan Əkbərinin dediyinə görə, hazırda xəstəlik əlamətləri daşıyan 85 nəfər əyalətin xəstəxanalarında müalicə alırlar. Bunlardan 10 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib.

 

Zəncan əyalətində isə, hələlik iki nəfərin koronavirusa tutulduğu açıqlanıb.

 

Bu rəqəm Qəzvində 55 nəfərdir ki, onlardan üç nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.

 

koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının rəsmi açıqlamalardan daha artıq olduğu ortaya çıxır.

 

Ekspertlərin fikrinə görə, İranda koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdən qat-qat artıqdır. Lakin rejim bu barədə doğru məlumat vermir.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar