Güney Azərbaycanda Maarifçilik hərəkatına bir nəzər. P. MƏmmƏdli

2008-06-12 20:44

Güney Azərbaycanda Maarifçilik... Güney Azərbaycanda Maarifçilik hərəkatına bir nəzər P. MƏmmƏdli Güney Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə Təbrizdə "Mədrəsəye-Nasiri" məktəbinin açılması oldu. Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin mək

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanda Maarifçilik... Güney Azərbaycanda Maarifçilik hərəkatına bir nəzər P. MƏmmƏdli Güney Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə Təbrizdə "Mədrəsəye-Nasiri" məktəbinin açılması oldu. Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan "Təbriz" mədrəsəsi idi. Tədqiqatçılar bu tədris ocağını Tehran darülfünunu ilə müqayisə edərək, ona bərabər olduğunu yazırlar. Bu mədrəsənin açılması Güney Azərbaycanda dünyəvi təhsilin inkişafında atılmış ilk addım idi. "Təbriz" mədrəsəsi 1893-cü ildən "Müzəffəriyyə" adlandırılır. Güney Azərbaycan maarifinin tanınmış araşdırıcısı Hüseyn Ümid yazır ki, Azərbaycanda yeni maarifin ilk bünövrəsi, həmin məktəbin əsası üzərində qurulmuş və bu təhsil müəssisəsi bir çox alimlər yetişdirib cəmiyyətə vermişdi. 1893-cü ildə "Müzəffəriyyə" mədrəsəsində "Nasiri" adlı qəzet çap olundu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru "Müzəffəriyyə" məktəbinin müdiri idi. Bununla, Güney Azərbaycanda yeni bir ənənənin tədris müəssisəsində - məktəb və mədrəsələrdə qəzet, jurnal çapının əsası qoyuldu. Mədrəsə və məktəblər yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin etmək məqsədi ilə çap maşınlarına və avadanlıqlarına malik idilər. XIX əsrin ortalarında Güney Azərbaycanda həm dövlət mətbəələri, həm də xüsusi çapxanalar az deyildi. Ölkədə nəşriyyat işlərinə rəsmi nəzarət edən bir orqan - senzura olmasa da bu müəssisələr hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti altında idi. Məktəb (ibtidai ruhani məktəbi) və mədrəsələrin (ali ruhani məktəbi) açılması savab iş sayılırdı. Müsəlman məscidlərinə vəsiyyət edilib bağışlanmış mülklər və torpaqların (vəqflərin) gəliri məktəb binalarının, müdərrislərin, şagirdlərin saxlanmasına sərf edilirdi. Faktiki olaraq gəlirin mühüm hissəsini ruhanilər özləri mənimsəyirdi. Hökumətin onlara nəzarət edilməsinə izn verilmirdi. Mədrəsinin bütün işlərinə ruhanilər nəzarət edərdi. Vəqf torpaqları hesabına feodallara çevrilmiş ruhani təbəqəsi böyük maddi imkana malik olub, güclü nüfuz sahibi idilər. Ruhanilər yeri gələndə dövlətin işinə də müdaxilə edə bilirdilər. İranda olmuş fransalı Jarden o dövrdə İranda gördüyü məktəbi belə təsvir edirdi: "Hər bir şəhər və məhəllədə bir neçə məktəb vardır. Məktəbdə şagird uca səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa başladıqları üçün qəribə səs-küy qalxır. Biri uca səslə əlifba oxuyur, o biri höccələyir, bir başqası fars dilində olan kitabı, digəri ərəb dilində kitabı oxuyur. Bu səslər o qədər bir-birinə qarışır ki, şagirdlər çox çətinliklə öz səslərini eşidə bilirlər". Güney Azərbaycanın, eləcə də İranın maarifçilik tarixində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri olub. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı sayılırlar. 1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində ilk üsuli-cədid məktəbinin əsası qoyuldu. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu məktəb idi. Bu təhsil ocağı müasir məktəb atributlarını xatırladan yazı lövhəsi, parta və başqa ləvazimatlarla təchiz olunmuşdu. Ən əsası isə orada əlifbanı yeni metodla - tez və asan öyrənməyə imkan verən sovti üsulla (səsləndirmə -P.M.) tədris edirdilər. "İran maarifinin atası" sayılan M.H.Rüşdiyyənin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ edən bir çox dərsliklər - "Ana dili", "Vətən dili"ni yaratması idi. M.H.Rüşdiyyə mütərəqqi və bacarıqlı ziyalıları öz ətrafında birləşdirməyə nail olmuşdu. "Təbriz" dövlət mədrəsəsi dövlət tərəfindən təsis olunduğu üçün maarifə zidd mürtəcelər onun fəaliyyətini dayandıra bilmədilər. "Rüşdiyyə" milli məktəbi isə dəfələrlə mürtəce qüvvələrin təqibinə və zorakılığına məruz qalıb bağlandıqdan sonra, o məktəbin müəllimlərindən Hüseyn Təbibzadə "Kamal", Mirzə Rza Səhafzadə "Pərvəriş" və Mirzə Əhməd "Bəsirət" kimi yeni üsulla məktəbləri təsis etdilər. Dövrünün yenilikçi və savadlı pedaqoqları olan bu məktəb müdirləri eyni zamanda qəzet, jurnal nəşri ilə də məşğul idilər. Beləliklə, 1899-cu ildən başlayaraq, "Kamal" mədrəsəsində "Kamal", "Pərvəriş" məktəbində "Dəbistan", "Bəsirət" məktəbində "Üxviyyət" və "İttihad" adlı qəzetlər çap olunmağa başladı. Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda "Məktəb" və "Tehran" adlı qəzetləri nəşr etdirmişdi. 1899-cu ildə görkəmli xadim Hüseyn xan Ədalət Mirzə Məhəmmədəli Tərbiyət, Məhəmməd Şəbüstəri və Həsən xan Tağızadə tərəfindən "Tərbiyət" mədrəsəsi açıldı. Maarifçilik hərəkatının fəallarından olan tanınmış ziyalıların bir çoxu millətə, ölkəyə fayda gətirmək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq fəaliyyətində çox zaman bir sıra sahələr ədəbiyyat, tarix, jurnalistika, tədris birləşirdi. Ona görə də tanınmış ziyalılar - elm, sənət və dövlət adamları o dövrdə mətbuat orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə qəzet və jurnalların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri baş verir, onlara kütlələr arasında maraq artırdı. 1908-ci ildə Təbrizdə "Maarif" kollecinin direktoru Mirzə Abdulla xan Cahanşahi tərəfindən "Mərifət", 1909-cu ildə Xoy şəhərində Ağaxan Hirandi tərəfindən siyasi və inqilabi mətbuat orqanı olan "Mükafat" qəzetləri təsis edilmişdi. XIX əsrin II yarısında İranda Britaniya, Rusiya, Fransa, Amerika kimi bir çox xarici ölkələrin missiyaları fəaliyyətə başladı. İngilis-katolik və baptist, fransız-katolik, rus-pravoslav, amerikan-presviterion və başqa missiyalar formalaşdı. Fransız tədqiqatçısı T.Villmoren yazırdı ki, Avropa dövlətlərinin bir çoxu xristian-missionerləri öz təsirlərinin başqa ölkələrdə təbliğatçıları olmağı məcbur etdilər. Bu təsirin xalq arasında yayılması yollarından biri məktəblərin yaradılması idi. Missionerlərin fəaliyyəti əsasən xarici dövlətlərin mövqeyinin İranda möhkəmlənməsinə, əhali arasında möhkəm dayaq yaratmağa yönəlmişdi ki, bu da ölkənin gələcəkdə əsarət altına alınmasını asanlaşdırırdı. Öz ölkəsinin demokratik qanunlarla idarə olunan, hər sahədə inkişaf etmiş, xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanlar yaradırdılar. Dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət "Əlhədid" (1897), Sadiq xan Ədibülməmalik "Ədəb" (1898), Hüseyn Təbibzadə "Kamal" (1901), Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə) "Gəncineyi-Fünun" (1902) kimi qəzet və jurnallar nəşr edirdilər. Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər. "Kamal" qəzetinin naşiri M.Hüseyn Təbibzadə "Kamal" məktəbinin müdiri idi. 1903-cü ildə Təbrizdə yeni üsuli-cədid məktəbləri qaraguruhçu qüvvələr tərəfindən dağıdılır. Hüseyn Təbibzadə təqiblərə məruz qaldığından Bakıya köçür və Bakıda iranlılara məxsus məktəbin müdiri olur. Sonralar Təbibzadə Misirə səfər edir, orada "Kamal" qəzetini nəşr etdirməyə başlayır. Hüseyn xan öz təxəllüsünü təsis etdiyi qəzetin adından götürüb. Tanınmış tarixçi Ə.Kəsrəvi onu mütləqiyyəti aradan qaldırmağa səy göstərən dəstənin üzvlərindən biri kimi səciyyələndirir. Həmin dəstənin iclasları Mirzə Hüseyn xanın evində təşkil olunurdu. M.F. Axundovun yeni əlifba ideyasını İranda təbliğ edənlərdən biri də Hüseyn Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi ilə bir sırada təlim üsulunun yeni qaydalar üzərində islahı və yeni məktəblərin təsisi zərurətini göstərir, yeri gəldikcə bu məsələyə Qahirədə çıxardığı "Kamal" qəzetində toxunurdu. Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində Təbriz şəhərində "Şəbnamə" adlı kiçik formatlı mətbu nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı. Gizli üsulla çap olunan "Şəbnamə" adətən gecələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Gecələr yayıldığı üçün də adı "gecə vərəqləri" mənasını daşıyırdı. Pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazı-pozunu bilən adam soraqlayırdılar. Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Cəfərov idi. Səməd Sərdar Niyanın yazdığına görə Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirləri və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmas qururdu. Sonralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür. Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. "Gizli əncümən" adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli vətənpərvər ziyalıları M.Tərbiyət, S.M.Şəbüstəri, H.Ədalət iştirak edirlər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyri-leqal olaraq "Şəbnamə" adlı, kiçik ölçülü satirik qəzet - vərəqə buraxmağa nail olur. Ölkədə baş verən cinayətləri, mənfi halları açıb "Şəbnamə"də yayır, geniş kütlələri xəbərdar edir. XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycanda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil almışdı. Sonralar tarixdə "Tənbəki üsyanı", "Zeynəb paşa" adı ilə qalan, ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında, ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşrlərdə öz əksini tapmışdı. Ümumiyyətlə, o dövrdə "Şəbnamə" adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrün gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də "Şəbnamə" deyilirdi. İngilis şərqşünası Edvard Braunun 1914-cü ildə Londonda çap etdirdiyi "Müasir İranın ədəbiyyat və mətbuat tarixi kitabında "Şəbnamə"nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap edildiyini, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və onun çox zaman Ağaqulu imzasından istifadə etdiyini, qəzetin səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları "Şəbnamə"nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir. Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarlardakı qarmaqarışıqlıq və zorakılıqdan bəhs olunur: "Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O, səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi..." Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu xoşagəlməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adi hal olduğundan bəhs edilir. E.Braun "Şəbnamə"nin həmin sayındakı yazıların türkcə (azərbaycanca - P.M.) yazıldığını, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini göstərir. Lakin qəzetin nəşri tarixinin və məkanının göstərilmədiyini, həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir. (Əvvəli ötən şənbə saylarımızda) Pərvanə MƏmmƏdli filologiya elmləri namizədi http://www.525ci.com/new/2007/06/23/read=15370 < Qabaqkı Sonrakı > [Geri] butovaz
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16

gun az article

GünazTV April.15.2021-Sözümüz: İran və Turan Şahnamədə

2021-04-16

gun az article

GünazTV April.15.2021- Düşünməyə Çağırı: Tarixi Qəhrəmanlarımız Məsələsi

2021-04-16

gun az article

Güney Azərbaycanlı gənc alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb

2021-04-15

gun az article

Siyasi məhbus Həmid Mənafinin sağlıq durumu yenidən pisləşdi-SON DƏQİQƏ

2021-04-15

gun az article

Güney Azərbaycanda məktəb çatışmazlığı: Hökumət tikinti və təmir işlərini sahibkarlara "yükləyir"

2021-04-15

gun az article

Təbriz-Tufarqan yolunda yerləşən fabrikdə yanğın: 7 nəfər xəsarət alıb

2021-04-15

gun az article

İran parlamentinin kürd nümayəndələri Güney Azərbaycana qarşı qərəzli serialın davam etdirilməsini istəyir

2021-04-15

gun az article

Ərdəbilin tarixi Pirzərgər hamamı özəl sektorun istifadəsinə verildi-FOTOLAR

2021-04-15

gun az article

Təbrizli boksçu Polşada keçirilən dünya çempionatında kolumbiyalı rəqibini məğlub edib

2021-04-15

gun az article

Güneyli rejissorun çəkdiyi “Ekizlər” filmi Kanada festivalında: Ekran əsəri "Ən yaxşı film" mükafatına namizəddir

2021-04-15

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur"dan əzmkar oyun: Təbriz klubu güclü rəqiblə heç-heçə etdi

2021-04-15

gun az article

Milli fəal Yusif Kari Ərdəbil həbsxanasının birinci bölməsinə qaytarıldı

2021-04-15

gun az article

GünazTV April.14.2021: MİXİ YAZILARDAN etdiyim tərcümələr yalanmı,HƏQİQƏTMİ

2021-04-15