SON XƏBƏRLƏR

Güney Azərbaycanda milli hərəkatçılar Babəkin doğum gününə hazırlaşırlar

2021.10.20, 07:36
Güney Azərbaycanda milli hərəkatçılar Babəkin doğum gününə hazırlaşırlar

Gunaz.tv
babekqalasi-2.jpg Güney Azərbaycanda milli hərəkatçılar Babəkin doğum gününə hazırlaşırlar DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkatçıları Babəkin doğum günü ərəfəsində böyük şənliklər keçirməyi planlaşdırırlar: "İyunun sonu, iyulun əvvəli bütünlüklə Babəkin doğum gününə həsr olunacaq və çoxsayda tədbirlər keçiriləcək. Hərəkatçılar bu tədbirlərə çox ciddi hazırlaşırlar. Babək qalasına yürüşün olacağı da dəqiqdir. Artıq İran rejimi yürüşün və keçiriləcək digər aksiyaların qarşısını almaq üçün müəyyən tədbirlər görüb. Güney Azərbaycanın bir çox şəhərləri ordu qüvvələri tərəfindən mühasirəyə alınıb. İri şəhərlərə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi isə hələ də davam edir. Rejimin basqılarına baxmayaraq milli hərəkatçılar Babəkin anım günü ilə bağlı şənlikləri Güneyin bütün şəhər və kəndlərində keçirməkdə israrlıdırlar". Qeyd edək ki, Bəzz yürüşü Azərbaycanın xalq qəhrəmanı, azadlıq simvolu Babək Xürrəmidin doğum günündə - iyulun birinci ongünlüyündə keçirilir. Builki yürüşə Güney Azərbaycanın bütün şəhərlərindən milli fəalların qatılacağı gözlənilir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar