SON XƏBƏRLƏR

Güney Azərbaycanda Milli Müqəddəratı təyin usulları !.Böyük Rəsuloğlu

2021.10.20, 07:36
Güney Azərbaycanda Milli Müqəddəratı təyin usulları !.Böyük Rəsuloğlu

Gunaz.tv
Güney Azərbaycanda Milli Müqəddəratı təyin usulları ! ( Bu məruzə, Amerikadakı azərbaycanlıların elmi-mədəni ocağının 15-17 Oktyabr 2004 tarixində amerikanın İndiana universitəsində hazırladığı “ iranda Azərbaycan “ adı altında səmpoziom üçün qələmə alınmışdı) 1- giriş : Azərbaycanın milli topraqları 500 min kvadrat Km vusət və yaxlaşıq 40-50 milyon əhalisi ilə Asyanın qərbində müxtəlif ölkələr arasında bölünmüşdür. Ancaq onun Avrupa qətəsində yerləşən 80 mim kvadrat Km – də bugün Azərbaycan respublikası adı altında müstəqil bir dövlət qurulmuşdur. Mötəbər tarixi sənədlər və faktlar əsasında ( tarixi təbəri – yəqubi- hudulaləm və..............) Azərbaycanın hüdudları dağıstandan- dağıstana tərsim edilmişdir. Bütün bu ərazidə yəni Ərak- Həmədan və Reydən başlıyaraq Qafqaz dağlarına qədər Azərbaycan Türklərinin varlığı və bəzi iki dilli şəhərlər xaricində xalqın Azərbaycan Türkcəsində danışdığı özü- özlüyündə bir fakt kimi hələdə yaşamaqdadır. Bu həqiqət bir halda özünü göstərir ki, məmaliki məhrusə adlanmış o ölkədə hakimiyətdə olan Qacar Türk sülaləsindən sonra iş başına gələn pəhləvi hakimiyətindən başlıyaraq bugünə dək qəddarcasına milli varlığımız talanıb, tariximiz təhrif edilib, dilimiz inkar edilib, iqtisadiyatımız dağıdılıb. Başqa sözlə bütün sahələrdə asimilasyon və milli əritmə siyasətinə məruz qalmışıq. Bu acı həqiqəti qəbul etmək lazımdıki Azərbaycan parçalanmış bir vahiddir və həmin parçalanmağın nəticəsində son 200 ildə sivil millətimiz böyük probləmlərlə qarşılaşıb, əzab- əziyətlər çəkib, asimilasyona məruz qalıb və milli varlığı inkar edilibdir. Ancaq özünün güclü dili, mədəniyəti, musiqisi, ədəbiyatı və ümumi olaraq yüksək kültürü bu millətin yox edilməsinə mane olmuşdur. Azərbaycan Türkləri bu bölgədə 7000 illik tarixi boyu dünya sivilizayonuna böyük xidmətlər edib, dünya mədəniyətinə böyük töhfələr bəxş edib, milli- insani dəyərləri qorumaq üçün böyük qəhrəmanlar yetişdirib. Ancaq şovinist təfəkkürlülərin hücumu nəticəsində ayaqda dura bilməyib, zaman- zaman hətta topdan sürgünlərə məruz qalib və təmamən yox olma təhlükəsi ilə üzləşib. Bütün bu bədbaxtlılıqların səbəbi bölünüb- parçalanmağımız olduğuna görə dünyanın bugünkü əlverişli şəraitində, azərbaycanlılar, xüsusən məzlumiyət sacında qıvrıla- qıvrıla qovrulan aydınlar birləşmək və bütövləşmək uğrunda müxtəlif fikir və təkliflər irəli sürürlər. Milli karekterimiz olan insansevər- sulhsevərlik üzündən bütün fəaliyətlərimizdə, bütün millətlərə hörmət və beynalxalq qayda qanunlara uymaq yolumuzun doğruluğunu göstərməkdədir. Geçən əsir İranda aparılan Farsçılıq siyasəti, başqa xalqların əritməsinə xidmət etmişdir. O ölkədə çoxunluğu təşkil edən azerbaycanlıları təmami ilə məhv etmək mümükün olmayıb, zaman- zaman ayaqlanaraq öz milli haqlarının təmininə çalışmışlar. Ancaq mərkəzi hökümətin aldadıcı siyasəti və beynalxalq şəraitin uygunsuzluğu səbəbi ilə milli- insani haqlarının ən ibtidaisini dahi əldə edə bilməmişlər. Inanılması çətin olan həqiqət budurki, 30 milyon cənubi Azərbaycan Türklərinin bir sinif belə anadilində məktəbi yoxdur. Bu acı həqiqət bir halda səsləndirilir ki, geçən yüz illikdə o ölkədə baş verən bütün inqlab və deyişikliklərdə öndə gedən azərbaycanlılar olmuşdur. Ama , nə Səttarxan hərəkatı, nə şeyx Məhəmməd Xiyabanı ayaqlanması, nə seyid Cəfər Pişəvəri inqlabi, nədə azərbaycanləların dini rəhbəri olan ayətullah Şəriətmədari dirənişi bir nəticə verməyib. Onun üçün , azərbaycanlılar təhrif olunmuş tarixləri yerinə öz gərçək tarixlərini öyrənməli və Farsçılıq siyasətindən qoparaq müstəqil bir təfəkkür dairəsində 3-cü quvəyə çevrilməlidirlər. Bütöv Azərbaycanın ərazi və əhalisinin 75- 80 % -ni təşkil edən cənubi azərbaycanlılar 1 hiləgər Farsçılıq siyasəeti ilə qarşı- qarşıya olduqları üçün hər şeyi yüz ölçüb bir biçməlidirlər. Belə bir şəraitdə “ Azərbaycan Milli Hərəkatının” fəalları qəddar şovinist quvvələrin oyunlarının qarşısını almaq üçün daha böyük siyasəti düşünüb həyata geçirməlidirlər. Məsələyə başqa zaviyədən baxanda dünyada demokrasi mücadiləesi aparan bütün quvvələr bililərki, İranda demokrasinin ən böyük əngəli Fars şovinizmidir. Onun qarşısında durabiləcək tənha güc isə “ Azərbaycan Milli Hərəkatı”dır. Milliyətindən asılı olmuyaraq bütün demokratların bizim birləşib güc mərkəzinə dönüşməmizə müsbət dəyər verməsi gözləniləndir. Aydındır ki, Güney Azərbaycanda Azərbaycan xalqının bugünkü demokratik mübarizəsi müxtəlif usullarla tapdalanır. Qanuni yollarla milli haqlarını tələb edən şəxslər yaxalanır və zindanlara salınır. İnsanları məhkəmələrdə yormaq üçün saxta ittihamlar vurulur, demokrasiyə inanan qazetlərimiz bağlanır, yazıçılarımız və tanınmış şəxsiyətlərimiz müxtəlif yollarla incidilir. Bütün bunlardan dəhşətli və hərəkətə böyük zərbə vuran Tehranın siyasəti isə “ parçala hakim ol “ siyasətidir. Öz amillərini daxilimizə soxaraq hətta onlara böyük təbliqat imkanları yaradaraq millətə sırılamaq onlardan biridirki, bu metodla son illərdə hərəkəti parçalamağa nail olublar. Bundan daha bətəri isə müxtəlif idelogiləri təbliq edərək istiqlalçı, federalçı, bütövçü, mədəni müxtariyətçi, dilçi, sağçı, solçu və nəhayət İrançı adı altında milli hərəkatı parçalamaqdadırlar. Mübarizlərin arasında səmimi olaraq müxtəlif fikirlərin varlığı inkar edilməzdir. Ancaq onu düşmənçilik həddinə qədər qaldıran, əlbətdəki səmimiyətlə ədalət uğrunda zəhmət çəkən insanlar deyil, xalqımımzın düşmənlərinin görünmüyən əlləridir. Özəlliklə bu faciənin qarşısını almaq üçün beynalxalq hüquq çərçivəsidə və demokratik usullarla “ milli meqəddərati təyin etmə” təklifi tənha çıxış yolu kimi görünməkdədir. Gələcəyini təyin etmək üçün millətin səsinə baş vurmaq qədər demokratik bir qayda tapılmadığı kimi hərəkəti parçalayanlarında bəhanələri ortadabn qalxacaqdır. Bütün bunlar göstərirki, bir tərəfdən dünya dövlət və millətləri ilə diplomatik münasibətlər qurmaq, başqa bir tərəfdən isə BMT-nin 1960- cı ildə 1941 sayılı “ milli müqəddəratı təyin etmə hüququ “ bəyaniyəsinə müraciət etmək bu işin məntiqi həəlinə yol açacaqdır. Bu bəyniyənin arxasınca 1966- da BMT-nin üzv dövlətləri o cümlədən “ tərkibində cənubi Azərbaycanında yerləşdiyi “ İran dövləti ilə bağladığı 2200 A ( XXİ) sayılı iqtisadi, sosyal və mədəni hüquqlar barədə beynalxalq paktin müddaalarının xatırlanması zəruri hesab edilir. Əlavə 1- də qeyd edilən bu müqavilənin müddeaları BMT-nin insan haqları komiserliyinin Bakı şöbəsinin AZE/ 95 AH / 12 nəşriyəsindən eynən nəql edilmişdir. Vurqulamaq lazimdir ki, bu bəyaniyələr rəsmi sənəd olduqlarına görə cümlələrinə toxunulmadan zikr edilmışdir. Mürəkkəb hüquqi sənəd olduqlarına görə cümlələrdə çatışmıyan cəhətlər gözə çarpa bilər. 2- Milli müqəddəratın təyini : BMT- nin təriflərinə əsasən cənubi azərbaycanlılar millət sayılmaq üçün istənilən 4 şərti özündə birləşdirir və bir millət kimi qəbul edilir, ona görədə öz müqəddəratını təyin etmə hüququ var. Bu qavramları anlamaq üçün əlavə 2-də BMT- nin bəyannamələri haqda Combridge üniversitəsinin ustadi Prof. Dr. Tom Haddeji tərəfindən hazırlanmış raporun xulasəsi təqdim edilmişdir. Bu rapordan da göründüyü kimi hər bir millət refrandom yolu ilə öz müqəddəratını təyin edərkən müstəqil (bağımsız), başqa bir dövlətlə bərabər hüquqlu yaşamaq ( federasyon) vəya hərhansi bir ölkə ilə birgə və vahid bir dövlət kimi idarə olunabilər. Ancaq cənubi Azərbaycandakı asimilasyon siyasəti nəticəsində ortaya çıxmış acınacaqlı 2 vəziyəti aydınlatmaq və millətin həqiqi milli varlığını ona tanıtdırmaq üçün “ hazırliq mərhələsi” lazimdır. 2-1- Refrandoma hazırlıq mərhələsi , Bu mərhələdə xalqımız demokratik mübarizəsini dəvam edərkən dünyanın demokratik düşüncəlilərinində yardımına ehtiyacı vardır. Refrandoma hazırlıq mərkələsində əsas 5 faktor öz həllini tapmalıdır. Bu beş maddə cənubi Azərbaycanın tarixi topraqlarında həyata geçdikdən uygun müddət sonra bu topraqlarda yaşayan əhali arasında umumi REFRANDOM geçiriləbilər. Milli müqəddəratı təyin etmək beynalxalq hüquq prənsipləri əsasında dünya millətləri arasında öz statusunu müəyyənləşdirmək deməkdir. Aydındır ki, hankı şəkildə yaşamaq arzusunu millətin səsi təyin etməlidir. Bu arzunu ölçən ən doğru tərəzi Refrandom uygulanmasıdır. Ancaq gəçən 100 ildə dilinə qıfıl vurulmuş, tarixi təhrif olunmuş, təhqirlərə məruz qalmış xalqımızın “ hazırlıq mərhələsindən “ geçmək vacibliyi inkar edilməzdir və bir daha qeyd edilməyə dəyər. Onun üçündür ki, yuxarıda qeyd edildiyi kimi öncə aşağıda göstərilən bəndlər “ Refrandoma Hazırlıq Mərhələsi “ kimi qəbul edilərək həyata geçməlidir. 2-2 – Refrandoma hazirlıq dövrü, a- Cənubi Azərbaycanın tarixi topraqlarında yaşayan 20-25 milyon azərbaycanlı öz anadilinin ədəbi formasında icbari olaraq ilk məktəbdən biliyurda qədər təhsil almalıdır. Ölkənin başqa bölgələrində yaşayan 7-10 milyon Türk, öz didlini və varlığını qorumaq üçün anadilində məktəbi olmalıdır. b- Cənubi Azərbaycanın tarixi topraqlarında radyo- televizyonlar anadilimizin ədəbi formasında 24 saatlıq verilişlər hazırlayıb yayımlamalıdır. Ana dilimizdə demokratik mətbuatın fəaliyətinə imkan yaranmalıdır. c- Azərbaycanın milli topraqlarında Azərbaycan Türkcəsi dövlət dili kimi işlədilməlidir. d- cənubi Azərbaycanda iqtisadi ayrı- seçgiliyə son qoyulmalıdır. Güney Azərbaycanın birinci bölgəsi sayılan Təbriz, Urmu, Ərdəbil və Zəncanda yoxsulluq və iqtisadi imkansızlıq o dərəcəyə çatıb ki, xalq bir tikə çörək dalınca öz yurd- yuvasını tərk edib başqa yerlərə köçür. Şəhərlər xərabələşib, Kəndlərdə yol- su- ışıq olmadığına görə millət böyük şəhərlərdə gecəqondularda yaşamağa məcbur qalır. 80 illik ayrı-seçgilik nəticəsində xalqın böyük əksəriyəti yoxsulluq dərəcəsində yaşayır. Bu probləmi ortadan qaldırmaq üçün cənubi Azərbaycanın böyük iqtisadi potansiyelini işə salıb, milləti aclıq, səfalət və didərginlikdən qurtarmaq gərəkməkdədir. e- Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “ insan haqları “ uşaq-qadın- işçi və siyası haqları bəyannamələrinin bütün madələri həyata geçməlidir. Bu bəyannamələrə əsasən qadınlarımızın hüququ beynalxalq standardlara uygun olaraq təmin edilməli, uşaqların haqlarının pozulması, özəlliklə bəlli yaşa qədər bütün ehtiyaclarının dövlət tərəfindən pulsuz təmini və ağır işlərdə çalışmalarının önlənməsi, hamıya iş-yaşayış və təhsil imkanlarının bərabər səviyədə təmin edilməsi , hamıya fikir, söz və düşüncə azadlığının təmini, bütün insanlara bərabər fürsət tanınması, işçi və işliyənlərə azad və demokratik sendika yaratmaq haqının tanınması, edam hökmlərinin ləğv edilməsi və.......................öz həllini tapmalıdır. 3- hökümət modeli , Yuxarıda göstərilən demokratik usullarla milli haqların təmini üçün ölkədə yaradılacaq höhümət, millətlərin sayı əsasında formalaşmalıdır. Bu say nisbətində millətləri təmsil edən bir parlamentin qərarına uygun olaraq paylaşılan dövlət strukturu və nazirlər kabineti millətlərin iradəsindən asılı olmalıdır. 3 Başqa sözlə, hökümətdə təmsil olunan şəxsləri xalqlar təyid etməlidir. Ədalətin bərqərar olması üçün heç bir millətin başqa millətlərdən fərqlənməməsi şərtdir. 4- Ölkədə yaşayan başqa millətlərlə iş birliyi qaydaları , a- Başqa millətlərlə iş birliyi, ancaq qarşılıqlı hörmət və demokratik qaydalarla mümkündü. b- Demokratik qaydalar çərçivəsində İranda yaşayan bütün xalqlarla əl-ələ verilməsi zərurəti inkar edilməzdir. Onun üçündür ki, Azərbaycan xalqı bu müştərək hədəfə inanan bütün millətlərin sağlam quvvələri ilə iş birliyinə hazır olmalı və hazırdır. c- Azərbaycan Türk milləti nə təcavüz edər, nədə təcavüzə məruz qalar. Dostluqla uazanan bütün əlləri sıxmağı bacardığı kimi, milli varlığını və ərazi bütövlüyünü təhdid edənləri də şiddətlə yerində oturtmağı bacarar. Əlavə - 1 “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynalxalq paktın əsas müddəaları ( öz müqəddəratlarını təyin etmələri ) Maddə 1 1.1- Bütün xalqlar öz müqəddəratını təyin etmə hüququna malikdır. Bu hüquq əsasında onlar azad şəkildə öz siyasi statuslarını müəyyənləşdirir və iqtisadi, sosial və mədəni inkişaflarını təmin edirlər. 1.2- Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün qarşılıqlı mənafe prənsipinə əsaslanan beynalxalq iqtisadi əməkdaşlıqdan və beynalxalq hüquqdan irəli gələn hərhansı öhdəliklərə zərər vurmadan öz təbii sərvət və ehtiyatlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər. Heç bir xalq heç bir halda ona məxsus yaşayış vasitələrindən məhrum edilə bilməz. 1.3- Hazırkı paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünüidarə olunmuyan və qəyyumluq qltında olan ərazilərin idarə olunmasına görə məsuliyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin müddəalarına uygun olaraq öz müqəddəratını təyin etmə hüququnun həyata geçirilməsinə yardım etməli və bu hüquqa hörmət göstərməlidir. Paktın 1- ci maddəsinin ifadəsi mulki və siyasi hüquqlar barədə beynalxalq paktın 1 – ci maddəsi ilə bütövlükdə üst- üstə düşür. Hər iki pakt üçün umumi olan birinci maddədə ifadə olunan “ öz müqəddəratını təyin etmə” prinsipləri xususi əhəmiyət kəsb edir. Çünki həmin hüququn həyata geçirilməsi şəxslərin insan hüquqlarına səmərəli hörmət və rüayət edilməsin əsas və ilkin şərt olaraq qəbul edir. Bu xususlar isə insan haqlarının müdafiəsinin təmin edilməsi və müdafiə tədbirlərinin gücləndirilməsi işində mərkəzi yer tutur. 1945 – ci ildə “ Birləşmiş Millətlər Təşkilatı” yaradıldığı andan başlıyaraq, xususi ilə müstəqillik, daxili işlərinə qarışmama və demokrası kimi mövzuların müzakirəsində, beynalxalq hüquq sistemində mərkəzi yer tutan “ öz müqəddəratını təyin etmə” hüququna birinci dərəcəli diqqət yetirilmişdir. Həm daxili həmdə xarici istiqaməti olan həmin hüquq, geçmiş müstəmləkələrdən və işqal edilmiş ölkələrdən başqa bu və digər dövlətlərdə bəzi qrupların daha çox onun iddeasinda olması üzündən son illər müəyyən mübahisələrə səbəb olur. Xalqların iqtisadi, sosial və mədəni inkişaflarını azad şəkildə təmin hüququ paktda müəyyən edilmiş hüquqlar kontekstində iqtisadi, sosial və mədəni fəaliyəti həyata geçirmək azadlığını ehtiva edir. 4 Maddə 2 ( iştirakçı dövlətlərin öhdəlikləri ) 2.1 – Hazırkı paktda iştirak edən hər bir dövlət fərdi şəkildə və beynalxalq qaydalara uygun olaraq o cümlədən iqtisadi və tekniki sahələrdə yardım və əməkdaşlıq barədə bütün lazimi vasitələr, xusui ilə qanunuvericilik tədbirlərinin görülməsi ilə nəzərdə tutulan hüquqların tədriclə tam şəkildə həyata geçirilməsini təmin etməlidir. Bunun üçün mövcüd imkan və ehtiyatlarının maksimom səviyəsində, tədbirlərin yerinə yetirilməsi öhdəliyini üzərinə götürür. 2.2 - Hazırkı paktda iştirak edən dövlətlər, bu müqavilədə bəyan edilmiş hüquqların, ırqı, dərinin rəngi, din, dil, siyasi və digər əqidə, milli və sosial mənşə, əmlak vəziyəti, doğum və sairə ələməntlər əsasında ayrı – seçgiliyə yol verilmədən həyata geçirilməsini öhdəliklərinə götürürlər. 2.3 - İnkişaf etməkdə olan ölkələr, insan hüquqlarını və milli iqtisadiyatlarının imkanlarını qiymətləndirərək, onların ölkələrinin vətəndaşları olmuyan şəxslərə hazırkı paktda nəzərdə tutulan iqtisadi hüquqları hansı dərəcədə təmin edəcəklərini müəyyənləşdirə bilər. .......................................................................................................... Əlavə - 2 “ Millət və millət məfuhmu “ Millət və milli müqəddəratı təyin etmə məfhumunu bəlirtmək üçün “ birləşmiş millətlər təşkilatının” müxtəlif komisyonları və bəlgələri əsasındakı tərifləri bir qayda olaraq qəbul etmək gərəkir. Combridje üniversitəsinin ustadı Prof. Dr. Tom Haddeji tərəfindən hazırlanmış bu raportun xulasəsi aşağıda göstərilmişdir. (Birləşmiş millətlər özəl raporterlərinə görə, öz müqəddəratını təyin etmə haqqı) : Birləşmiş millətlər bəlgələri təməlində tarixi və güncəl gəlişmələr ( Critescu raporu), ( BMT bəlgələri E/ CN. 4/ sub. 2/404/ rev. 1. ( New york. 1981) və dilsəl, dinsəl və etnik azınlıqlara mənsub insanların haqları ( Capototorti raporu ), ( BMT bəlgələri E/CN. 4/sub. 2/384/rev. 1( New york, 1979) üzərinə raportları, bu iki qavram arasındakı ilişgilərə dair kimi ip ucu verməkdədir. Bu raportlara əsasən, öz müqəddəratını təyin haqqına sahib bir xalq olaraq tanınma iddeasında olan hər hansi bir kütlənin qarşılanması gərəkən ölçü önəriləri, ( millət məfhumu) : a – Ayırd edici bir dil, din vəya kultur sahibi olmaq, b – Ayrı bir tarix, və geçmişə sahib olmaq , c – Özünün ayrı kimliyini qoruma və bağımsızlığını güvəncə altına alma qabiliyətinə sahib olmaq, d – Özünə məxsus bir topraq və ərazi bütünlüyünə sahib olmaq. Pratikdə öz müqəddəratını təyin etmə metodu: Bütün xalqlar öz müqəddəratını təyin etmə haqqına sahibdir. Onlar, bu haqdan dolayı politik statuslarını azad şəkildə müəyyən edib və ekonomik, ictimaii və kulturəl gəlişmələrini sərbəstcə sürdürərlər. Bu haqqın ölçüsü, bir topraq müstəqillik stasusunu əldə etdikdən sonra, aşağıdakı seçənəklərdən birinin tərcih ediləbiləcəyini ifadə edən “ BMT gənəl kurulunun 1960- da 1541 sayılı qərari ilədə aydınlaşmışdır. 5 a – Bir egəmən və bağımsız dövlət olaraq ortaya çıxma, b – Bağımsız bir dövlət olaraq azad şəkildə başqa bir dövlət ilə ortaq olamq ( fedral, konferdral), c – Bağımsız bir dövlətlə bütünləşərək “ bütöv “ bir ölkə yaratmaq. Hər nə qədər bu qərar BM yasasının 73- cü maddəsinin gərəyincə istənən raportlara mövzü olan, öz yönətimi olmuyan vəsayit altındakı topraqlara özəl bir ətflə alındıysa da, eyni status tərcihinin öz müqəddəratını təyin haqqından istifadə etmək istəyən bütün xalqlara açıq olmasından çəkinməyə heç bir səbəb mövcüd deyildir. Böyük Rəsuloğlu 2004 azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar