SON XƏBƏRLƏR

Güney Azərbaycanda növbəti intahara cəhd faktı Urmiyədə qeydə alınıb

2021.10.20, 07:36
Güney Azərbaycanda növbəti intahara cəhd faktı Urmiyədə qeydə alınıb

Gunaz.tv

GünAz TV: Son vaxtlar Güney Azərbaycanda mövcud olan müxtəlif fərdi və ictimai problemlər intihar hallarının artmasına səbəb olub.

 

Bu dəfə intahara cəhd faktı aprelin 19-da Urmiyənin Bədii xiyabanında qeydə alınıb. Məlumata görə, 8 mərtəbəli binanın üstünə çıxan azərbaycanlı gənc özünü yerə ataraq intihar etmək istəyib. Xoşbəxtlikdən polis qüvvələri vaxtında hadisə yerinə gəlib, onunla söhbət edərək intihar etmək fikrindən daşındırıblar.

 

İntihara cəhd edən urmiyəli soydaşımızın 27 yaşı olub, onun barəsində ətraflı məlumat yayılmayıb.

 

Oxşar hadisə çərşənbə günü Azərşəhr (Tufarqan) şəhərində baş vermişdir. 25 yaşlı qız yerüstü piyada keçidinin üstündən özünü ataraq intihara əl atmışdır, ağır yaralanan gənc qız dərhal xəstəxanaya çatdırılmışdır.

 

 

Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər Güney Azərbaycan və İrandakı intiharların əsas səbəbləridir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar