Güney Azərbaycanda Quzey Azərbaycana dəstək aksiyalarına çağırış edilib: "Nurduz bağlanmalıdır"

2020-10-14 01:52

İran və Rusiyanın İran ərazisindən istifadə etməklə, Ermənistana silah- sursat göndərməsi hələ də davam edir.

Gunaz.tv Quote | Gunaz article

Buna etiraz olaraq, güney azərbaycanlı bir qrup milli- mədəni fəal Güney Azərbaycan xalqını dinc aksiyalar keçirməyə çağırır. 


Bununla bağlı fəalların yaydığı çağırışda bildirilir ki, İran və Rusiya Ermənistanı silahlandırır. İran və Rusiyanın Nurduz sərhəd- buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Quzey Azərbaycan xalqının qətliam edilməsində və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur. 


Ermənistan Nurduzdan ötürülən silah- sursatlarla hər gün tarixi Gəncə şəhəri də daxil olmaqla, Quzey Azərbaycanın yaşayış məntəqələrini bombalayır. 


Buna etiraz olaraq, Güney Azərbaycanın türk xalqı Quzey Azərbaycanda olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün yekşənbə (bazar günü), mehr ayının 27-sı saat 17:00- da təyin edilmiş məkanlarda keçiriləcək sakit və dinc yürüşlərə dəvət edilir. 


Dəstək yürüşlərinin zamanı yekşənbə günü, mehr ayının 27-sı Təbriz vaxtı ilə saat 17:00- dadır. Güney Azərbaycanın böyük şəhərləri və Tehranda aksiyaların keçirilmə yeri aşağıdakı kimidir: 


1) Təbriz: Rasta Küçə
2) Urmu (Urmiya): Ətayi və İmam küçələrinin kəsişməsi (təqato)
3) Ərdəbil: Şəriəti dördyolu (çəharrah)
4) Zəncan (Zəngan): Səbze Meydanı
5) Tehran: İmam Hüseyn Meydanı


Güney Azərbaycanın digər şəhərlərində isə toplaşma yerləri şəhərlərin əsas meydanları və mərkəzləridir. 


Koronavirusun kəskin yayılmasını nəzərə alaraq, aksiyalarda qatılacaq həmvətənlərdən maska taxmaları xahiş olunur. 

 

Daha çox baxın: 

İran işğal altında olan Qarabağa yanacaq göndərməyə davam edir- VİDEO

İrandan Azərbaycana növbəti xəyanət: İşğal altında olan Qarabağa neft məhsulları göndərdi- VİDEO

İran İslam Respublikası Rusiyanın silahlarını Ermənistana daşıyır- FOTO


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20