SON XƏBƏRLƏR

Güney Azərbaycanda səhiyyə əməkdaşları işdən çıxarılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda səhiyyə əməkdaşları işdən çıxarılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həştəri (Həştrud) şəhərində yerləşən “İmam Hüseyn” xəstəxanasının bir qrup əməkdaşı işdən çıxarılıb.

 

 

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, işçilər xəstəxananı idarə edən şirkət tərəfindən işdən qovulub.

 

 

Qeyd edək ki, 2019-ci il  sentyabrın 26-da həmin xəstəxananın işçiləri maaşlarının ödənilməməsi və iş şərtlərinin ağır olduğuna görə etiraz aksiya keçiriblər.

 

 

Həştrud Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan “İSNA” xəbər agentliyinə verdiyi müsahibədə xəstəxana əməkdaşlarının işdən qovulması məsələsinin “ciddi şəkildə” araşdırılacağını deyib.

 

 

“Bu şirkət tərəfindən işçilərin ödənişləri ilə əlaqəli qanun pozuntuları baş verməsinə dair sübutlar mövcud olsa, məsələ ilə qanuni şəkildə məşğul olacağıq”- deyə o artırıb.

 

 

İran rəsmilərinin dediyinə görə, Şərqi Azərbaycan əyalətində ən yüksək işsizlik səviyyəsi Həştəridə qeydə alınıb. Statistik məlumata görə, bu şəhər əyalətdə ən çox köçə məruz qalan şəhərdir.

 

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq mövcuddur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir. İşsizlikdən əziyyət çəkən əhali doğma vətənlərini tərk edərək İranın mərkəzi şəhərlərinə üz tutur.

 

     

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar