SON XƏBƏRLƏR

Güney Azərbaycanda son durun

2021.10.20, 07:36
Güney Azərbaycanda son durun

Gunaz.tv
Güney Azərbaycanda son durun 01.05-4.jpg DÖRD SİYASİ FƏAL TƏBRİZ ZİNDANINA KÖÇÜRÜLÜB, BİR HÜQUQ MÜDAFİƏÇİSİ İSƏ ZAMİNƏ BURAXILIB «Media forum» saytı xəbər verir ki, 22 gün əvvəl ETTELAAT-ın Təbriz idarəsinin əməkdaşları tərəfindən tutulan siyasi fəallar Əhəd Rəzəvi, Əmir Bənai Sabiq, Cəmşid Zarei və Kamal Əşrəfi Təbriz zindanının ümumi korpusuna köçürülüblər. Onların ETTELAAT təcridxanasında ağır psixi təzyiqə məruz qaldığı bildirilir. Təbrizli fəallara qarşı konkret hansı ittihamın irəli sürülməsi barədə hələlik məlumat yoxdur. Bir müddət əvvəl milli zəmində göstərdiyi fəaliyyətə görə həbsə salınan hüquq müdafiəçisi Hüseyn Mirzaxani isə zaminə buraxılıb. Təbrizli fəalın ailəsinin bildirdiyinə görə, ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanarkən H.Mirzaxani müxtəlif işgəncələrə məruz qalıb. Fərhad Möhsini may hadisələrinin iştirakçılarından biri idi İranda Azərbaycan fəallarından Fərhad Möhsininin cəsədi tapılıb. O, may hadisələrinin iştirakçılarından biri idi və həmin hadisələr zamanı güllə yarası alaraq, həbs olunmuşdu. Ailəsinin «Savalanın səsi»nə verdiyi məlumata görə, Fərhad Möhsininin axtarılması ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etsələr də bu nəticəsiz qalıb. Ancaq fəalın cənazəsi iyunun 11-də gizli servis tərəfindən meyitin yarılması mərkəzinə verilib. Fəalın ailəsinə xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməsinlər. 2006-cı ildə rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin ilin mayın 22-də etiraz aksiyaları keçirilib. Fərhad Möhsini məhz may hadisələrinin ildönümü ərəfəsində yoxa çıxmışdı. Səbir daşi çatlayir Geçtigimiz gün lərdə urmu və bir çox şəhərlər də başalayan elektrik kəsilməsi artix milləti canin dan bezdirip ve etirazina yol aç miş dir. bir ay öncə dən başlayan elektrik kəsilməsi bu son gün lərde şidətini artirip ve bunun la da sinirli qalmayarax artix her gün bir neçə sahat kəsilməyə başlayip. Elktiriklərin kəsilməsi nətiçə sin dəysə milətin bir çox elektronik əşyasi pozulub٬iş yerləri elektrik in olmamasin dan dolayi iş siz qalimaya başlayip miletin işlərinde axsama olup və bir çox problemlər yaşanip dir. bu durum dan şikayətçi milətiyse elektrik idarəsin də soluxlaniplar və yetkili lərdən açixlama isteyip lər ama dogru düzgün bir yanit alamyip və belənçi bahanalar la ki elektrik hat larinda pozux luxlar var ve ya elektrik hat larini quvet ləndirix lə qarşi qarşiya qalip lar. bəlirtmək lazimdir ki yetkili qurum lar dan bu zamana qeder hər hansi TƏBRİZLİ FƏALIN MEYİTİ TAPILIB İyunun 11-də azərbaycanlı fəal Fərhad Möhsini Nigaristanın cəsədi Təbrizin Elgölü parkında tapılıb Media forum saytı güney mənbələrinə istinadla xəbər verir ki, milli fəal qətlə yetirildiyi, ETTELAAT-ın Təbrizdəki təcridxanasında işgəncələrdən keçindiyi güman olunur. Təbriz şəhərindən olan 25 yaşlı F.M.Nigaristan 2006-cı ilin may hadisələrinin ildönümü ərəfəsində oğurlanmışdı. Onu axtaran ailə üzvlərinin rəsmi dövlət orqanlarına müraciəti nəticəsiz qalmışdı. F.M.Nigaristan 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin il mayın 22-də Təbrizdə keçirilən, qanlı qarşıdurma ilə nəticələnən aksiyalar zamanı polislərin açdığı atəşdən güllə yarası almış və tutulmuşdu. Vəkilin iştirakı olmadan keçirilən qapalı məhkəmədə o, həbsə məhkum edilmişdi. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar