SON XƏBƏRLƏR

Güney Azərbaycanda son həbslərlə bağlı BMT və Beynəlxalq Əfv Təşkilatına raport təqdim olunub - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycanda son həbslərlə bağlı BMT və Beynəlxalq Əfv Təşkilatına raport təqdim olunub - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Son həbslər dalğasında Güney Azərbaycanda saxlanılan fəallarla bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Əfv Təşkilatına raport təqdim olunub.

 

Bu barədə Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi cümə günü Facebook səhifəsində məlumat paylaşıb.

 

J.Təbrizinin yazılı açıqlamasına görə, raportun bir nüsxəsi BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi, bir nüsxəsi isə Beynəlxalq Əfv Təşkilatına təqdim olunub.

 

Son günlərdə mərhum mühəndis Qulamrza Əmaninin Təbrizdə keçirilən 10-cu ildönümü mərasimində çox sayda fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
J.Təbrizinin yaydığı məlumata görə, raportda azərbaycanlı fəal xanım Həkimə Əhmədinin saxlanması və onun işgəncələr altında iki qabırğa və barmaqlarının qırılması ətraflı şəkildə dərc olunub.

 

Bundan əlavə, son günlərdə saxlanılan Səccad Əfruziyan, Nəsim Sadiqi, Sədulla Sasani, Ramin Cəbrəili, Rza Zarei və Cəlil Tarinin adları da raportda qeyd olunub. “Ərk” Cəmiyyəti hesabatda 12 yaşlı Araz Əmaninin saxlanmasına da xüsusi yer verib. İran rejimi Uşaq Hüquqları haqqında Konvensiyanı imzalamasına rəğmən Araz Əmanini atasının qəbiri üstündə saxlayıb.

 

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, Güney Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda Parisdə fəaliyyət göstərir.

 

Aşağıdakı Görüntülər J.Təbrizi tərəfindən yayımlanıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar