“Güney Azərbaycanda təbiətə ziyan dəyir və dövlət buna biganə yanaşır” – Kərim Əsğəri / MÜSAHİBƏ

27.09.2019, 13:05

GünAz TV: Güney Azərbaycanda yüksək vəzifələrdə olan yerli siyasətçilər bəzi hallarda Azərbaycana qarşı tətbiq edilən ayrı-seçkiliklərə diqqət çəkirlər. Siyasi şərhçi Kərim Əsgəri “Amerikanın Səsi” ilə söhbətdə deyir ki, “yerli məsullar müəyyən bir həddə riayət edərək bu tənqidləri ortaya qoyurlar. O həddi aşdıqları təqdirdə mərkəzi hakimiyyət onları cəzalandırar.”

 

Son vaxtlar Şərqi Azərbaycanın Qaradağ meşələrində yüzlərlə hektar ərazinin külə dönməsinə səbəb olan yanğın zamanı vali Məhəmmədrza Purməhəmmədi daxil olmaqla, vilayətin bəzi məsulları mərkəzi dövlətin yardım tələblərinə zamanında cavab vermədiyini ifadə etdilər.

 

Kərim Əsgərinin sözlərinə görə, “Qaradağ meşələrində yanğın olayından öncə, orada ağacların kəsilməsi mövzusu var idi. Bu məsələ ilə bağlı istər vali, istər millət vəkilləri açıq şəkildə tənqidlərini və etirazlarını mərkəzi dövlətə bildirdilər.”

 

Siyasi şərhçi bu tənqidlərin fərqli məqsədlərlə ortaya qoyula biləcəyini ifadə edir:

“Birincisi, bu ki, onlar hər halda dövləti bölgədə təmsil edirlər və məcburdurlar məsələ ilə əlaqələnib, xalqa bir cavab versinlər. Çünki, toplumda bu məsələ ilə bağlı ciddi narazılıq var idi. Bir də ki, onlar nə qədər də sistemə bağlı olsalar, insandırlar və görürlər ki, orada təbiət pozulur və dövlət buna biganə yanaşır.”

 

Əsgəri deyir ki, yerli məsullar bu tənqidləri fərqli məqsədlərlə irəli sürə bilərlər, lakin müəyyən bir həddi də aşa bilməzlər.

 “Bu məsullar ümumiyyətlə bir həddə qədər irəli gedə bilirlər. O həddi aşdıqları təqdirdə fərqli şəkildə cəzalandırıla bilərlər,” siyasi fəal qeyd edir.

 

Onun sözlərinə görə, “yerli məsulların tənqidlərini Azərbaycan Milli Hərəkatın söyləmi ilə əlaqələndirmək bir az çətin olar. O məsullar bu tənqidləri öz vəzifələri çərçivəsində irəli sürürlər. Bunu ya öz yerlərini bərkitmək üçün edirlər, ya da o bölgəyə ürək yandırırlar. Bunu aydın şəkildə bilmək mümkün deyil.”

 

Yanğın və daşqın kimi fəlakətlərin baş verdiyi zamanlarda, Kərim Əsgərinin sözlərinə görə, qeyri-fars bölgələrin məruz qaldığı ayrıseçkiliklər daha aydın şəkildə ortaya çıxır.

“Neçə ay əvvəl, Türkmənsəhrada və Şirazda təqribən eyni günlərdə daşıqlar baş verdi. Təbii ki can candır, heç fərqi yoxdur. Amma, Şirazda baş verən o sel fəlakəti haradasa bütün medianın diqqətini çəkdi və dövlət bütün imkanlarını oraya səfərbər etdi. Amma Türkmənsəhra bölgəsindəki yaralar indi də sarılmayıb, və ya Əhmədinejad dönəmində Qaradağda zəlzələ oldu və günümüzə qədər o zəlzələnin törətdiyi problemlər davam edir. Mərkəz belə durumlarda qeyri-fars bölgələrə diqqət yetirmir. Bu, açıq şəkildə ortadadır,” Əsgəri əlavə edir.

 

Müsahibənin Audiosunu qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edərək dinləyə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/i%CC%87ran-az%C9%99rbaycan%C4%B1nda-t%C9%99bi%C9%99t%C9%99-ziyan-d%C9%99yir-v%C9%99-d%C3%B6vl%C9%99t-buna-bigan%C9%99-yana%C5%9F%C4%B1r-/5096089.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21