SON XƏBƏRLƏR

Güney Azərbaycanda yeni həbslər dalğası: 14 fəal saxlanıld, 10-dan çox fəal təqib olunur

2021.10.20, 07:36
Güney Azərbaycanda yeni həbslər dalğası: 14 fəal saxlanıld, 10-dan çox fəal təqib olunur

Gunaz.tv

GünAz TV: İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan bir neçəsini saxlayıb.

 

Fəallardan bəziləri ev və ya iş yerlərində olmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur.

 

Fəalların böyük əksəriyyəti iyulun 2-də saxlanılıb, onlardan 14-nün kimliyi bundan ibarətdir:

Ərdəbildə:

Abbas lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd və Abdullah Huşmənd

 

Təbrizdə:

Rəhim Sasani və Səccad Sidqi

 

Əhərdə:

Murtaza Məhəmmədi

 

Tehranda:

İbrahim Nuri, Cəfər Rüstəmirad və Səccad Colani

 

Bostanabadda:

Muctaba Əbdüli

 

Təhlükəsizlik qüvvələri tərəfindən tutulan fəallardan İbrahim Nuri qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Tehranın Evin zindanının 209-cu korpusuna aparıldığını bildirib.

 

Həmçinin Urmiyədə Ulduz Qasimi və Əşkan Səadətpur, Əhərdə Məcid Nağızadə, Xoyda Cavad Əhmədi Yekanlı, Ərdəbildə isə Əli Xeyrcu, Murtaza Pərvin, Mehdi Əjdəri, Meysəm Colani və Rəhim Novruzi təhlükəsizlik qüvvələri müraciət etdiyiz zaman ev və ya iş yerlərində olmadıqları üçün məmurlar tərəfindən təqib olunurlar.

 

Bir neçə fəala isə zəng edilərək Babək qalası yürüşündə iştirak etməklə bağlı xəbərdarlıq edilib. Onlara bildirilib ki, mərasimə qatılacaqları təqdirdə təhlükəsiz qüvvələri tərəfindən saxlanılacaqlar.

 

Bundan əvvəl elan olunduğu kimi, iyulun 5-i və 6-da Babək qalasında ənənəvi yürüş keçiriləcək. Azərbaycan şəhərlərində tutuqlamalar məhz kütləvi yürüş günü ərəfəsində baş verib, məqsəd yürüşün keçirilməsinə imkan verməməkdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar