Qərbi Azərbaycan əyalətinin Mehabad və digər cənub bölgələrində yağan ilk qarı yerli əhali böyük sevinclə qarşılayıb.
Gunaz.tv
Ötən gecədən başlayaraq yağan və hələ də davam edən qar nəticəsində bəzi bölgələr ağ örtüyə bürünüb.
Məlumatlara görə, eyni zamanda, əyalətin bəzi bölgələrində də yağış yağır. Yağıntının az olduğu cari ilin payız fəslinin son ayında qar və yağış yağması əkinçilərin bu il bol məhsul götürməyə olan ümidlərini artırıb.

Soyuq və dağlıq bölgələrdə yağan qar, həmçinin yollardan hərəkətin intensivliyinə səbəb olub. Bəzi bölgələrdə hərəkətin dayandığı, insanların avtomobillərlə yollarda qaldığı deyilir.
Sinoptiklər soyuq hava kütlələrinin əyalətə daxil olması ilə əlverişsiz hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar. Onlar yolların sürüşkənliyini nəzərə alaraq, aidiyyatı qurumları yolları vaxtında təmizləməyə çağırırlar.
Ə.A