SON XƏBƏRLƏR

Güney Azərbaycanın bütün şəhərləri həyəcan içində... / SMS-lər hədəfə çatmır

2021.10.20, 07:36
Güney Azərbaycanın bütün şəhərləri həyəcan içində... / SMS-lər hədəfə çatmır

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı Təbriz və Urmu şəhərlərində gedən Etiraz Yürüşləri Güney Azərbaycanın başqa şəhərlərində də diqqətlə izlənilir.

 

Əhalinin həyəcanı və etirazlara başlayacağını görən rejim, bir sıra şəhərlərin telefon sistemində problemlər yaradıb, SMS-lər hədəfə çatmır və internetin sürəti şiddətlə azalıb.

 

İranın xəbər agentlikləri Urmu və Təbrizdə gedən etiraz proseslərinə səssiz qalıb və heç bir önəmli xəbər çatdırmırlar.

 

Azərbaycanlılar arasında FACBOOK sosial şəbəkədə xüsusi aktivlik görünməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar