SON XƏBƏRLƏR

Güney Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Təbrizdə divarlar üzərinə milli şüarlar yazılıb – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Təbrizdə divarlar üzərinə milli şüarlar yazılıb – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə divarlar üzərinə Güney Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən milli şüarlar yazılıb.

 

Divarlar mayın 3-ü axşam saatlarında azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılıb. Şüarlar arasında “Bu torpaqdan pay olmaz – Sınandaş (Sənəndəc) Kürdistan olmaz”, “Tehran, Rəşt, Ənzəli – Azərbaycanın ayrılmaz torpağı”, “Sınandaş türkündür, türkün qalacaq”, “Sərhədlər bəlli” və s. kimi sözlər yer alıb.

 

Milli fəallardan biri GünAz TV-yə yazılan şüarların görüntüsünü göndərərək bildirib ki, azərbaycanlı gənclər Güney Azərbaycanın ərazisini yaxşı tanıyır, onun parçalanmasına icazə verməyəcəklər.

 

Aşağıdakı video və görüntülər Təbrizin Eynalı məntəqəsinə aiddir.

 

https://www.youtube.com/watch?v=eU1_fVeOm24

 

https://www.youtube.com/watch?time_continue=1&v=GHKfEP9QqzM

 

Qeyd edək ki, son vaxtlar İranda Güney Azərbaycana qarşı ərazi iddiası artıb. Gilan rəhbərliyinin “Heyran gədiyi”ni Ərdəbildən ayırıb Gilana ilhaq etməsi ilə bağlı cəhdləri davam etdiyi bir vaxtda İran prezidenti Həsən Ruhaninin ötən həftə Təbrizə səfəri zamanı bu şəhərdə kürd rəqsi və musiqisi nümayiş etdirərək Azərbaycan şəhərini kürd kimliyi ilə təqdim etmək istəyiblər. Hətta bu barədə prezidentin İnstaqram səhifəsində bir çox şəkillərdə yayılıb. Azərbaycanlı gənclər bu kimi qəzərli hərəkətlərə qarşı müxtəlif formalarda öz etirazını bildirir.

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar