Güney Azərbaycanın Həştərud bölgəsində ağır qar yağışına görə 120 kəndin yolları bağlanıb.
Gunaz.tv
Şərqi Azərbaycan əyalətinin “Həştərud” şəhərinin valiusi Əmin Əminiyan jurnalistlərlə danışığında bildirib ki, bölgədə yağan qarın ortalama səviyyəsi 40 santi metrdir.
Vali “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada hal-hazırda kəndlərin yollarının açılması ilə bağlı tədbirlər görüldüyünü, ancaq əsas hədəfin Ana yolların qardan təmizləmək olduğunu bildirib.
O, bütün bölgə sakinlıərindən çox vacib və həyati ehtiyac olmadığı hala evdən çıxmamalarını xahiş edib.
Şərqi Azərbaycan Yol Polisinin rəisi palkovinik "Kərimi Nəjad"da mətbuata verdiyi açıqlamada əyalətin bütün yollarında, özəlliklə dağlıq bölgələrdə ağır qar səbəbindən ciddi problemlərin yaşandığını bildirib. O, "Təbriz-Zəncan", "Çaroymaq-Həştərud" Ana yolları və "Sayın" gədiyində durumun daha ağır olduğunu vurğulayıb.
Qeyd edək ki, bir neçə gündür havaların soyuması və bir sıra yerlərdə küləkli havanın və qar yağışının şiddətli olması səbəbindən Güney Azərbaycanın bir çox bölgələrində yollar bağlanıb və elektirik enerjisi kəsilib.
Dünən axşam saatlarında Qərbi Azərbaycanın bir neçə şəhərində, o cümlədən əyalət mərkəzi Urmuda güclü küləklə müşayiət olunan qar yağışı nəticəsində elektirik enerjisinin verilməsində ciddi problemlər yaranıb.
Yerli əhali və mətbuatın verdiyi bilgilərə görə enerji naqillərinin qırılması və elektirik enerjisi paylayan yarımstansiyalarının mğvsümə uyğun fəaliyyət göstərə bilməməsinə görə on minlərlə ailə qaranlıqda və soyqda qalıb.
C.E