Güney Azərbaycanın İnsan Haqları Cəmiyyətləri tərəfindən "BMT-nin Üzv Dövlətlərinin Cenevrədəki Daimi Nümayəndələri”nə etiraz məktubları" göndərilib

2020-12-22 12:47

Azərbaycan İnsan Haqları Cəmiyyəti (ƏRK) İnstaqram səhifəsində Güney Azərbaycan milli-mədəni fəallarının sərbəst buraxılması üçün növbəti etiraz aksiyasına başladığını elan edib.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (ƏRK) rəhbəri Xanım Jalə Təbrizi Güney Azərbaycanda siyasi fəalların azadlığa buraxılması uğrunda mübarizə ilə əlaqədar ƏRK-in son fəaliyyətləri barədə məlumat verib.

 

İnsan Haqları Cəmiyyəti (ƏRK)in bildirdiyinə görə, İrandakı Azərbaycanlıların Demokratik Tələblərini Müdafiə Dərnəyi (Güney) ilə birlikdə 17 dekabr 2020-ci ildən bəri "BMT-nin Üzv Dövlətlərinin Cenevrədəki Daimi Nümayəndələrinə etiraz məktubları" göndəriblər.

 

İran hökumətinə qarşı edilən etiraz məktublarının mövzusu əsasən azərbaycanlı siyasi məhbusların Covid-19 pandemiya şəraitində həbsxanalarda saxlanılmasıdır.

 

Məktublarda siyasi məhbusların həyatının ciddi təhlükədə olduğu, Abbas Lisani, Yusif Kari, Ərdəbil, Evin və Rəcai Şəhr həbsxanalarındakı digər məhbusların vəziyyətindən bəhs olunur.

 

Ölkələrin daimi nümayəndələrindən bu məhbusların həyatını Covid-19-a yoluxma təhlükəsindən qurtarmaq üçün diplomatik tədbirlər görmələri istənilib.

 

Bundan öncə ƏRK cəmiyyəti İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı qərarın əleyhinə səs verən və ya bitərəf qalan bəzi ölkələrin rəsmilərinə məktub göndərmişdi.

 

İranda etnik qrupların hüquqlarının vəziyyəti ilə bağlı insan haqları təşkilatlarına yazılan məktublarda azərbaycanlıların hüquqları, əsassız həbslər, uzunmüddətli həbs və digər insan haqları pozuntularından bəhs olunub.

 

Digər tərəfdən, məhkumların Covid-19-a yoluxma riski və məhkəmə orqanlarının Abbas Lisani də daxil olmaqla azərbaycanlı məhkumlara məzuniyyət icazəsi verməmələri vurğulanıb.

 

Xatırladaq ki, İrandakı insan haqları vəziyyətini məhkum edən qərar BMT Baş Məclisi tərəfindən 17 dekabrda 82 lehinə, 30 əleyhinə və 64 bitərəf səslə qəbul edildi. 17 ölkə səsverməyə qatılmadı.

 

ƏRK cəmiyyəti, siyasi məhbusların ağır durumu , Abbas Lisaninin Covid-19 infeksiyasına yoluxduğu üçün vəziyyətinin təhlükəli olduğuna görə də, İran hökumət rəsmilərinin haqqında Cavid Rəhman və Birləşmiş Millətlər Təşkilatına ciddi etiraz və şikayət məktubları yazdığı barədə məlumat verib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21