SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANIN MARAĞA ŞƏHƏRINDƏ 5 NƏFƏR MILLI HƏRƏKAT FƏALININ MƏHKƏMƏSI KEÇIRILDI

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANIN MARAĞA ŞƏHƏRINDƏ 5 NƏFƏR MILLI HƏRƏKAT FƏALININ MƏHKƏMƏSI KEÇIRILDI

Gunaz.tv
GÜNEY AZƏRBAYCANIN MARAĞA ŞƏHƏRINDƏ 5 NƏFƏR MILLI HƏRƏKAT FƏALININ MƏHKƏMƏSI KEÇIRILDI DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən xəbər verdiyimiz kimi bir müddət öncə Güney Azərbaycanın milli hərəkat fəallarından olan Yaşar Həkkakpur, Davud Əzimzadə, Əlirza Həqqi, Məcid Pjvhfam və Hamid Yeganəpur 28 iyul 2008-ci il tarixində Marağa şəhərində hakim Cavad Səlimi tərəfindən mühakimə olunublar. Onlara qarşı ittihamlar bunlardan ibarətdir: Toplantılarda çıxış edərək İran hakimiyyətini ciddi tənqid, əhalinin hakimiyyət əleyhinə kütləvi ixtişaşlara cəlb etmək, Marağa Universitetində İranın ərazi bütövlüyünü parçalamaq məzmunlu blütenlər yaymaq, milliyyətçi pantürkist qruplarla iş birliyi, İranın ərazi bütövlüyünü parçalamaq, xarici mətbuata və televiziyalara İran əleyhinə məlumat vermək ittihamı irəli sürülüb. Xatırladaq ki, bu ikinci məhkəmədir ki, soydaşlarımızın əleyhinə keçirilir. Iki il bundan öncə eyni məzmunlu ittihamlarla milli hərəkat fəalları mühakimə olunmuş, lakin hakimin müttəhimlərə qarşı sənədlərin və faktların tam məzmunlu olmadığından məhkəmə təxirə salınmışdır. Onlara qarşı irəli sürülən ittihamları yenidən araşdırmaq üçün yuxarı stansiyalara göndərilmişdir. Bu dəfə də məhkəmədə soydaşlarımıza qarşı irəli sürülən ittihamlar tam sübuta yetirilməmiş hesab olunaraq məhkəmə tərəfindən qəti qərara çıxartmaq mümkün olmamışdır. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar