SON XƏBƏRLƏR

Güney Azərbaycanın “Öyrənci dərgilər birliyi” həbs olunan tələbələrlə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
Güney Azərbaycanın “Öyrənci dərgilər birliyi” həbs olunan tələbələrlə bağlı bəyanat yayıb

Gunaz.tv
Güney Azərbaycanın “Öyrənci dərgilər birliyi” həbs olunan tələbələrlə bağlı bəyanat yayıb n2.jpg 4 avqust 2008-ci il tarixində Güney Azərbaycanın “Öyrənci dərgilər birliyi” tərəfindən Güney Azərbaycanda qanunsuz həbs olunan tələbələrlə bağlı bəyanat yayılıb. Bəyanatda deyilir ki, qanunda göstərildiyi kimi heç kəs müttəhim hesab olunmur. Yalnız o zaman müttəhim ola bilər ki, məhkəmə orqanları araşdırmalar apararaq sənədlərə istinad edərək kimisə ittiham edib həbs edə bilər. Əks təqdirdə heç bir şəxs həbs olunub, işgəncə və təzyiqlərə məruz qoyula bilməz. Neçə gündür ki, Təbriz Universitet tələbəsi Səccad Radmehr, Fərzad Zehtab və Aydın Xaceyi, Vədud Əsədi, Peyman Qulami, Əli Abdullahzadə hüquq müdafiəçisi Həmid Valayi, mühəndis Daryuş Hatəmi və Qulam Nəcəfi qanunsuz həbs olunaraq işgəncə və təzyiqlərə məruz qoyulurlar ki, etmədikləri əməlləri boyunlarına alsınlar. Soydaşlarımızın telefon vasitəsilə ailələrinə bildirdiklərinə əsasən ETTELAAT orqanlarında ağır işgəncəyə məruz qoyulmaqdadırlar. Bunlar bütün metodlardan istifadə edirlər, ağır işgəncələr vermək üçün elektrik cihazlarından tutmuş, ayaqdan asılma, ağır fiziki işgəncələr, söyüş və təhqirlər, şəxsiyyəti alçaldıcı əməllər, hədə-qorxu vasitələrdən istifadə edərək istəyirlər ki, etmədiyimiz əməlləri etiraf edək və onlarla əməkdaşlıq etməyə razılıq verək. Əks təqdirdə ölümə qədər işgəncə olunacağımızı bildirirlər. Biz Güney Azərbaycan Öyrənci dərgiləri birliyi bəyan edirik ki, həbs olunan tələbə və milli hərəkat fəallarına işgəncə və təzyiq nəticəsində alınan ifadələri qanunsuz hesab edərək, onlara qarşı işgəncə və təzyiq göstərənlərin cəzalandırılmasını, həbs olunan tələbə və milli hərəkat fəallarının dərhal azadlığını tələb edirik. Bu bəyanatla yanaşı bütün beynəlxalq təşkilatlara İran hakimiyyətinə insan haqlarını kobud şəkildə pozması ilə əlaqədar öz münasibətlərini bildirmələrini tələb edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar