SON XƏBƏRLƏR

Güney Azərbaycanın Qaradağ bölgəsində ağaclar kəsilərək talan edilir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycanın Qaradağ bölgəsində ağaclar kəsilərək talan edilir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bir çox bölgəsində olduğu kimi, Qaradağ (Ərəsbaran) meşələrinin də ağacları kəsilərək talan edilməkdədir.

 

Bundan əvvəl Şərqi Azərbaycanın meşələrlə bağlı Ali Şurası Qaradağ meşələrində ağacların kəsilməsinin qadağan olduğunu elan etsə də yayılan görüntülər ağacların kəsilərək meşələrdən daşındığını göstərir.

 

Mayın 22-də yayılan görüntülər Azərbaycan əhalisinin Qaradağ meşələri və bölgənin ətraf mühiti ilə bağlı  nigaranlığının əsassız olmadığını göstərir. Bu arada səlahiyyətli orqanların ağacların kəsilməsinə dair qadağa qoyduğu da dəqiq məlum deyil.

 

Qaradağ bölgəsində bundan əvvəl də oxşar hadisə baş vermişdir, ağacların Kənd Təsərrüfatı İdarəsinin icazəsi ilə kəsildiyi məlum olmuşdur.

 

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə şahid oluruq.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar