SON XƏBƏRLƏR

Güney Azərbaycanın şəfalı dağ bitkiləri kürdlər tərəfindən talan edilir- VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanın şəfalı dağ bitkiləri kürdlər tərəfindən talan edilir- VİDEO

Gunaz.tv

GünAz TV: Budan əvvəl xəbər verdiyimiz kimi, ətraf bölgələrdə yaşayan kürdlər Güney Azərbaycanın kənd və şəhərlərində insan sağlamlığı üçün yararlı olan dağ bitkilərini toplayaraq məntəqədən çıxarırlar.

 

Güney Azərbaycanın qərb bölgəsində yerləşən Xoy, Makı, Salmas, Sulduz, Qoşaçay, “Sayın qala” və Tikantəpə kimi şəhərlərin əkin yerləri və təbiəti bir qrup fürsətçi tərəfindən korlanır. Məlumata görə, kürdlər yaz fəslinin əvvəllərindən qrup-qrup Azərbaycan dağlarına üz tutur, onlar bölgədəki şəfalı bitkiləri yığmaqla yanaşı azərbaycanlılara məxsus əkin yerlərini təxrib edir, ağacları da kəsərək məhv edirlər.

 

Bu barədə soydaşlarımızdan biri bir video paylaşıb. O bölgə əhalisinin Azərbaycan təbiətinin təxrib edilməsinə laqeyd münasibətini tənqid edərək fürsətçilərin bölgənin təbiətinə vurduğu ziyan barədə xəbərdarlıq edib.

 

https://www.youtube.com/watch?time_continue=4&v=QcFrGvXoDRU

 

Məlumata görə, Təbii Qaynaqlar və Ətraf Mühit İdarələri mənfəət götürmək məqsədi ilə bölgəyə axışan fürsətçilərə qarşı heç bir tədbir görmür. Bu o halda baş verir ki, adını çəkdiyimiz idarələr sözügedən ərazilərdə heyvan otaran bölgə əhalisinə qarşı çox ciddi tədbir alır, onları cərimə ödəməyə məcbur edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar