Güney Azərbaycanın sənədsiz uşaqlarının simvolu, Ayıl

2021-02-03 09:59

Ərdəbil şəhərində azərbaycanlı uşaqlara türk adlarının verilməsinə qarşı qadağaya etiraz edilib.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil şəhərinin bir qrup milli-mədəni fəalı fevral ayının 2-, çərşənbə axşamı şəhər divarlarına yazdıqları şüarlarla milli fəal Səccad Colaninin qızı “Ayıl”a türk adı seçdikləri üçün “Vətəndaşlığın Qeydiyyatı İdarəsi” tərəfindən kimlik bəlgəsi verilmədiyinə etirazlarını bildiriblər.

 

Milli-mədəni fəallar divarlara yazdıqları aşağıdakı məzmunli şüarlarla azərbaycanlı uşaqlara, o sıradan “Ayıla” seçilən türk adlarının sənədləşdirilməsini istəyiblər.

 

“Ayıl”
“O Ayıl qalacaq#Ayıl”
“Mən ayılmaqdan qorxmuram”

 

“Aydınlan” sözündən olan “Ayıl” son vaxtlar güney azərbaycanlılar üçün çox tanış və doğma ada çevrilibdir.

 

Ərdəbilli musiqiçi və milli fəal Səccad Colaninin qızı, Ayılın anadan olmasından 7 ay keçməsinə baxmayaraq valideynləri ona sənəd ala bilmıəyiblər. Onlar öz övladlarına Azərbaycan mədəniyyətinə uyğun qoyduqları adı rəsmiləşdirmək üçün dəfələrlə Ərdəbil və İran “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nə müraciət etsələrdə buna müvəffəq ola bilməyiblər.

 

Son günlər övladlarına türk adlarına görə qeydiyyat idarəsi tərəfindən kimlik bəlgəsi ala bilməyən valideynlər bilgiləndirmə kampaniyası başladaraq, İran hökumətinin ilgili qurumlarının bu qeyri-insani və insan hüquqları prinsiplərinə zidd hərəkətinə etirazlarını bildiriblər.

 

“Ayıl”, “Anar”, “Sevgi”, “Yağış”, “Atakan”, və “Huntay”ın valideynləri özlərinin sosial şəbəkədəki hesablarında və mətbuata verdikləri müsahibələrində övladlarına türk adları seçdiklərinə görə, onlara kimlik bəlgəsi ala bilmədiklərini bildirmişdirlər. Valideynlər qeydiyyat idarəsi məsullarının “adların idarənin siyahısında olmadığı və bu barədə verilən sərəncamlara uyğun gəlmədiyi” bəhanəsi ilə uşaqların adlarını sənədləşdirməkdən imtina etdiklərini söyləyiblər.

 

Dünyaya gələn hər bir uşağın ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.
 
C.E


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16