SON XƏBƏRLƏR

Güney Azərbaycanın Xalxal şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Güney Azərbaycanın Xalxal şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: Güney Azərbaycanda “qətldə və qanunsuz olaraq odlu silah daşımaqda” günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2015-ci ildən etibarən Ərdəbil əyalətinin Xalxal zindanında saxlanılan Hüseyin Taheri aprelin 16-i Xalxal zindanında dara çəkilib.

 

Məlumata əsasən, məhkumun 37 yaşı var idi.  Edam barədə hələlik İranın rəsmi KİV-ləri tərəfindən hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

İnsan haqları qruplarının bildirdiyinə görə, 2019-cu ildə İranda azı 248 edam hökmü tətbiq edilib. İran rəsmiləri edamların sadəcə 75 faizi haqqında məlumat veriblər. Digər edamlar gizli şəkildə həyata keçirilib.

 

Edam olunanlardan dördü azyaşlı olub. Halbuki Uşaq Haqları Konvensiyasının üzvü kimi İran azyaşlılara qarşı ölüm hökmünü ləğv etməlidir.

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar