Güney Azərbaycanın Xiyav şəhəri karantinə alındı +VİDEO

15.03.2020, 09:24

GünAz TV: koronavirus infeksiyasının kritik səviyyəyə çatması ilə İran məsulları Güney Azərbaycanın Xiyav (Meşginşəhr) şəhərinin karantinə alınmasına qərar verdilər.

 

Bu haqda Şəhər İcra Hakimiyyətinin başçısı Əkbər Səmədi İranın “Təsnim” xəbər agentliyinə verdiyi müsahibədə deyib.

 

O, “koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Meşginşəhr karantinə alındı və kənar şəhərlərdən heç bir nəqliyyat vasitəsi şəhərə buraxılmayacaq” - deyib və əlavə edib ki, bu məhdudiyyət şənbə günündən etibarən tətbiq olunur.

 

 

 

İran rəsmiləri Xiyavda sözügedən virusa yoluxanların sayı haqqında dəqiq məlumat vermir.

 

Lakin dövlət xəbər agentliyi “İRNA”nın mart 15-də verdiyi məlumata görə Ərdəbil əyalətində 16 nəfər koronavirus infeksiyasından canını itirib, qurbanlardan 11 nəfəri Meşginşəhrdəndır.

 

Azərbaycanın Xiyav şəhərinin karantinə alınması qərarı bir halda verilir ki, İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət səhiyyə ekspertlərinin ciddi xəbərdarlığına baxmayaraq şəhəri karantinə almaqdan imtina etmişdi. Buna görə də qısa müddətdə virus bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüdü.

 

Fevralın 24-də  səhiyyə nazirinin müavini İrəc Hərirçi Qum şəhərinin karantinə alınmasına qarşı çıxaraq onun köhnə üsul olduğunu iddia etmişdi: “Biz karantinə alınma seçənəyini qəbul etmirik. Bu, Birinci Dünya müharibəsindən miras qalmış gərəksiz üsuldur. Çinlilər də tətbiq etdikləri karantinin nəticələrindən razı deyillər.”

 

Ü.F  

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Pakistanda 20 Yanvar şəhidləri anıldı

2022-01-19

gun az article

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

2022-01-19

gun az article

Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

2022-01-19

gun az article

Avropa İttifaqının səfirləri Şəhidlər Xiyabanını ziyarət edib

2022-01-19

gun az article

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

2022-01-19

gun az article

Azərbaycan hərbçiləri Türkiyədə paraşüt təlimlərində iştirak ediblər

2022-01-19

gun az article

Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

2022-01-19

gun az article

Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

2022-01-19

gun az article

İranın Kohkiluye və Boyer Əhməd əyalətində 4,4 bal gücündə zəlzələ olub

2022-01-19

gun az article

İranın Zahidan, Şiraz və Xürrəmabad şəhərlərində daha 3 məhkum dara çəkilib

2022-01-19

gun az article

Kirmanda sel fəlakəti: 339 kəndin yolu bağlanıb, 5 mindən çox sakinin həyatı təhlükə qarşısında - FOTOLAR

2022-01-19

gun az article

“Qorbaçov ermənilərə satılmışdı” - Xələf Xələfov

2022-01-19

gun az article

Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

2022-01-19

gun az article

Sonuncu KTMT əsgəri də Qazaxıstandan çıxdı

2022-01-19

gun az article

XİN başçısı: “Nazarbayevin iğtişaşlarda əli olub-olmamasını istintaq göstərəcək”

2022-01-19

gun az article

Teymur Musayev səhiyyə naziri təyin edilib- Prezident İlham Əliyev sərəncam imzalayıb

2022-01-19

gun az article

Naftali Bennet: “İrana qarşı sanksiyaların ləğvi terrorçuluğun genişlənməsinə səbəb olacaq”

2022-01-19

gun az article

"20 Yanvar caniləri cəzalandırılmalıdır"-QHT bəyanat yaydı

2022-01-19

gun az article

İranın Rusiyadakı səfiri: “İranlılar sadəcə olaraq çar Rusiyasını söyürlər”

2022-01-19

gun az article

İbrahim Rəisi: “İran və Rusiyanın müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək səviyyəyə qaldırılacaq”

2022-01-19