SON XƏBƏRLƏR

Güney azərbaycanlı aktyordan panfarsistlərə xitabən: Nə üçün müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir...?

2021.10.20, 07:36
Güney azərbaycanlı aktyordan panfarsistlərə xitabən: Nə üçün müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir...?

Gunaz.tv

GünAz TV: Türk dilində çəkilən “Atabay” filminin aktyor və ssenari müəllifi panfarsistlərə xitabən bildirib ki, nə üçün müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir?

 

Hadi Hicazifər Fəcr Film Festivalında “Atabay” filmindəki aktyorluq roluna qəsdən qiymət verilməməsinə belə reaksiya verib:

“Önəmli deyil. İnsan irəli getdikcə izləyicilərin fikirinə daha çox əhəmiyyət verir. Onların fikiri müsbətdirsə, demək hər şey yaxşıdır.

Maraqlıdır. müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir? Nəyə görə, məsələn seçkilər zamanı yalnız farslar səs vermir?!

Bu söhbətlər ona görə qıcıqlandırıcıdır ki, qövmlərlə bağlı xüsusi bir kompleks anlayışı var. Hətta bəzən bizim özümüz də bu barədə bəzi zarafatlar edə bilərik. Lakin bu hiss müəyyən rəftarlar və deyilən bəzi sözlərə görə uşaqlıqdan insanda zərrə-zərrə toplaşır, sonda partlayış vəziyyətinə gəlir.

Hesab eliyirəm ki, hər kəsin ana dili onun üçün coğrafi sərhədlərə oxşayır. Mən anlaya bilmirəm, necə ola bilər ki, bir ali təhsilli insan və jurnalist ana dili mövzüsüna bu şəkildə baxsın! Bu rəftar faşizmi göstərir. Mən fikirləşirdim ki, bizim festival artıq həmin jurnalisti sabahkı tədbirə buraxmayacaq və onun üzr istəməsi tələb olunacaq. Hansısa stadionda belə bir söz dilə gətirilərsə, həmin komanda dünyadan təcrid vəziyyətinə düşər. Lakin cənab Daruğəzadə üçün deyəsən daha önəmli məsələlər var idi!

Mən gözləyirdim, və hələ də gözləyirəm ki, festivalın katibi bu məsələ ilə bağlı üzr istəyəcək. Necə ola bilər ki, rəsmi konfransda konstitusiyanın əleyhinə çıxış edib, fars dilinin meyar dil olduğunu bildirib və iddia edəsən ki, türk dilində film çəkilə bilməz?!

Radikal fikirli dostlarla danışanda hər zman bildirmişəm ki, bura İrandır. Lakin biz dil, mədəniyyət və incəsənətimizi qoruyub saxlamalıyıq. İndi belə rəftarları görəndə, onların da haqlı olduğunu düşünürəm.”- deyə o bildirib.

 

Azərbaycanlı aktyor gələcək fəaliyyət planlarına da toxunub: 2, 3 ssenari üzərində işləyirəm. Lakin yekun qərar verməliyəm. “Atabay” filmi məndə xüsusi maraq yaratdı. Tədbirdə filmə qarşı dilə gətirilən sözlər məndə məsuliyyət hissi yaradıb. Mən başa düşdüm ki, bir daha o məntəqəyə dönməliyəm, o bölgə ilə bağlı məsuliyyətim var. Bu vəzifəmi mütləq yerinə yetirməliyəm.

 

Fevralın 7-də, 38-ci Fəcr Film Festivalında “Atabay” filminin tənqidi və təhlili konfransında farsdilli jurnalist Əmir Fərzullahi sözügedən filmi türk dilində olduğu üçün hədəfə alıb, ona qarşı irqçi ifadələr işlətmişdir. O bildirmişdir ki, İranın rəsmi dili farscadır, kimsənin türk dilində film çəkmək haqqı yoxdur.

 

Onun bu açıqlaması azərbaycanlı aktyor Hadi Hicazifərin kəskin etirazına səbəb olmuşdur.

 

https://www.youtube.com/watch?time_continue=18&v=ELtLItkNdYg&feature=emb_logo

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar