Şərqi Azərbaycanın gənc basketbolçusu İman Vəlizadə fərdi bacarıq yarışında üçüncü tura yüksəlib.
Gunaz.tv
“Asiya Fərdi Bacarıqlar”ın seçmə bacarıqlar təsnifat mərhələsində iştirak edən İman Vəlizadə daha parlaq bir performansla növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, növbəti seçim turu aprelin 6-da Tehranda keçiriləcək və sona qalan 6 nəfər İran millisinin tərkibində Asiya çempionatına göndəriləcək.
Bundan öncə mart ayının 24-də. İman Vəlizadə keçirilən sınaqlardan uğurla çıxaraq ikinci mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, 2024-cü ilin milli komandasının tərkibinə seçilən Güney Azərbaycanın yeniyetmə basketbolçu İman Vəlizadə bu yaxınlarda Tehranda keçirilən fərdi bacarıqların seçim yarışmasına dəvət almışdı.
İdman mütəxəssisləri İman Vəlizadəni Asiya qitəsinin yeniyetmə basketbolçuları arasında ən parlaq idmançılardan biri hesab edirlər.
C.E