Güney azərbaycanlı əsgər kürd terror qruplaşmaları tərəfindən öldürülüb

2020-09-05 15:53

Güney azərbaycanlı sıravi əsgər Milad Vəlipur iki gün əvvəl Qərbi Azərbaycan əyalətinin sərhəd bölgəsində kürd terror qruplaşmalarının hücumunda öldürülsə də, İran rejimi bunu inkar etməyə çalışır.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən bu gün sübh saatlarfında Urmiyada dəfn edilən azərbaycanlı əsgər Milad Vəlipurun ailə üzvləri onun kürd terror qruplaşmaları tərəfindən qətlə yetirildiyini bildirsələr də, Urmiyanın sərhəd komandanı polkovnik Əlipur ağ yalan danışaraq, gənc güney azərbaycanlı əsgərin avtomobil qəzasında öldüyünü bildirib.


Halbuki, bir gün əvvəl İran hüquq- mühafizə qüvvələrinin şəhidlərinə aid olan saytı, azərbaycanlı əsgərin kürd terror qüvvələri tərəfindən öldüyünü açıqlamışdı.


İran rejiminin gənc azərbaycanlı əsgərin kürdlər tərəfindən öldürülməsi faktını inkar etməsi və onun ölümünü avtomobilinin aşması ilə əlaqələndirməsi isə güney azərbaycanlı internet istifadəçilərinin kəskin etirazı və qəzəbi ilə qarşılanıb. 


Qeyd edək ki, indiyədək yüzlərlə günahsız azərbaycanlı Qərbi Azərbaycan əyalətində kürd terror qruplaşmaları tərəfindən qətlə yetirilsə də, İran rəsmiləri hər dəfə müxtəlif yalanlarla bu kimi olayların mahiyyətini gizlətməyə və baş verənləri təhrif etməyə çalışıb. 


Bunun əsas səbəbi isə İran rejiminin Qərbi Azərbaycanda fəaliyyət göstərən, PKK və “Pjak” kimi qrupalaşmaların fəaliyyətinə göz yumması və onlardan həmişə Güney Azərbaycan türklərinə və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyəti ilə əlaqələndirilir.
 

Yayılan məlumata əsasən, İran rejimi həmçinin kürdlərin bölgədə sərbəst açaqmalçılıq fəaliyyətinə göz yumaraq, onların Qərbi Azərbaycandakı mövqeyini möhkəmləndirməyə cəhd göstərir. Bu isə güney azərbaycanlıların etirazına gətirib çıxarıb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24

gun az article

"Sepah" Azərbaycan Respublikası ilə sərhədə onlarla tank gətirib- VİDEO

2020-10-24

gun az article

Abbas Lisani- Son görüş

2020-10-24

gun az article

Təbrizin İnqilab məhkəməsi 13 fəala qarşı çıxarılmış mülki vəsiqə qərarının məbləğini artırıb

2020-10-24

gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22