Güney azərbaycanlı fəal Davud Şiri haqqında çıxarılmış həbs hökmü təsdiqlənib

2020-10-09 12:12

Güney azərbaycanlı milli- mədəni fəal Davud Şiri haqqında çıxarılmış 6 aylıq həbs hökmü İran rejiminin Məhkəmə Sisteminin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə o, özü dünən "İnstagram" səhifəsində yazdığı statusda məlumat yayıb. 


Fəal avqustun 1-də yaydığı məlumatda isə 3 il həbsə məhkum edildiyini bəyan etmişdi. Bu hökm cari ilin sentyabr ayının 30-da Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 1 saylı şöbəsində keçirilmiş məhkəmə prosesində 6 ay həbs cəzasına endirilərək təsdiqlənib. 


Bundan əlavə, hakim fəalın mobil telefon nömrəsinin ləğv edilməsi və telefon cihazının "cinayət aləti" olaraq dövlətin xeyrinə müsadirə edilməsinə də göstəriş verib. 


Xatırladaq ki, cari ilin iyun ayının 24-də Təbrizin İnqilab Məhkəməsinin 1 saylı şöbəsi Davud Şiriyə qarşı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) üzvü olmaq və "siyasi sistem əleyhinə təbliğat" kimi ittihamlar irəli sürmüşdü. O, ilk ittihamdan bəraət alsa da, 2-ci ittiham üzrə 3 il həbsə məhkum edilmişdi və bu hökm yuxarıda sözügedən Apellyasiya Məhkəməsi tərəfindən 6 aya endirilib. 


Ailəli və iki övlad atası olan Davud Şiri 2020-ci ilin fevral ayında tutulmuş və fevralın 26-da istintaq dövrü bitənə qədər mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21