SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Əkbər Mühaciri Təbrizdə döyülərək saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Əkbər Mühaciri Təbrizdə döyülərək saxlanılıb

Gunaz.tv

Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri Təbrizdə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb.

 

Məlumata görə, 10 nəfərdən çox Ettelaat əməkdaşı fəalı yaxalamaq üçün onun evinə hücum çəkib, uşağı və həyat yoldaşının gözü qarşısında qollarına qandal vurub və onu sorğu-suala tutublar.

 

Fəal saxlanılarkən Ettelaat əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb, ona dəfələr “silah və aldığın dollarların yerini deməlisən” kimi suallar verilib.

 

İranın təhlükəsizlik orqanlarının bu ssenarisi yeni hadisə deyil. Onlar Güney Azərbaycan Milli Hərəkatının fəallarını ağır şəkildə cəzalandırmaq məqsədi ilə  Milli Hərəkatı silahlı cərəyanlara bağlamağa çalışır. Ettelaat Nazirliyi milli fəalların xarici dövlətlərdən pul və silah aldığını sübut etmək etmək üçün müxtəlif üsullara əl atır. Halbuki, Güney Azərbaycan Milli Hərəkatı dinc və mədəni mübarizə yolunu seçib. Təhlükəsizlik orqanlarının bu kimi ssenarilər əsasında etdiyi cəhdlər heç zaman nəticə verməyəcək.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar