SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Əli Əzizi Urmiyədə saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Əli Əzizi Urmiyədə saxlanılıb

Gunaz.tv

GünAz TV: Urmiyə sakini olan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi məhkəmə tərəfindən mülki vəsiqə qərarı daha da ağırlaşdırılaraq saxlanılıb.

 

Fəal iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Yaxınlarının verdiyi məlumata görə, fəala “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi yeni ittihamla üzləşdiyi açıqlanıb və barəsində çıxarılan mülki vəsiqə qərarı 150 milyon tümən məbləğinə qaldırılıb. Fəal məhkəmənin iş vaxtı qurtardıqdan sonra təcridxanaya aparılıb.

 

Həmin dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddətdir qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar