SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Əli Əzizinin məhkəməsi qiyabi olaraq keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Əli Əzizinin məhkəməsi qiyabi olaraq keçirilib

Gunaz.tv

GünAz TV: Zindanda olan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizinin qiyabi məhkəməsi keçirilib.

 

Dünən yerli vaxt ilə saat 10:00 üçün təyin olunan məhkəmə iclası Urmiya məhkəməsinin 101-ci şöbəsində fəalın iştirakı olmadan keçirilib.  Azərbaycanlı türk fəal başqa bir məhkəmə işi ilə əlaqədar Təbriz Mərkəzi Həbsxanasının “Karantin” kamerasında saxlanıldığı üçün məhkəmə iclasında iştirak edə bilməyib.

 

Daha öncə milli fəala göndərilən məhkəməyə çağırış vərəqəsində onun “qeyri-qanuni etiraz aksiyalarında iştirak etməklə ictimai asayişi pozmaq”da ittiham olunduğu bildirilmişdir.

 

Xatırladaq ki, Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət etdikdən sonra ona qarşı yeni ittihamlar irəli sürərək yaxalayıb. Fəalın valideynləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparmışdır.

 

Əzizi bir neçə gün Təbriz Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanıldıqdan sonra digər milli fəal Səccad Şəhiri ilə birlikdə “Təhlükəsizlik” kamerasına köçürülüb.

 

Qərbi Azərbaycanın Urmiya və Sulduz şəhərlərindən olan fəalların müvəqqəti azadlığa buraxılması üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi (bazporsi şöbəsi) tərəfindən bir milyard tümənlik ağır mülki vəsiqə qərarı çıxarılıb. 

 

 

Əli Əzizi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub. 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar