SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş (Kazım Koroğlu) Tehranın Evin zindanında eyni korpusda saxlanılan məhbuslarla birlikdə ad gününü qeyd edib.


1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var. O ikinci dəfədir ki, ad gününü həbsxanada keçirməli olub.

 

Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanına aparılıb.

 

2019-cu il iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin rəisi hakim Müqəyyesə azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarıb. O “qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşib. Sonralar birinci instansiya məhkəməsinin hökmü apellyasiya məhkəməsi tərəfindən 3 il həbsə endirilib, bu müddətdən 2 ili mütləq icra olunmalıdır.


Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş “Tehran traxturçuları” adlanan Güney Azərbaycanın “Traxtur” futbol komandasının azarkeşlərinə başçılıq edib. O “Traxtur”un Tehranda keçirdiyi bütün yarışlarda azarkeş qismində hər zaman aktiv iştirak edib.

 

Ötən aylarda fəalın ittihamlardan bəraət qazandığı barədə məlumat yayıldı. Hətta onun vəkili Cəfər Xani Şəblu 2019-cu il oktyabrın 15-də bu barədə bir video da paylaşdı. Lakin təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində azərbaycanlı fəal hələ də həbsdə saxlanılır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar