SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Mehdi Kuxiyan aclıq aksiyasına başlayıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Mehdi Kuxiyan aclıq aksiyasına başlayıb

Gunaz.tv

GünAz TV: Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan iyunun 17-də aclıq aksiyasına başlayıb.

 

Fəal bazar ərtəsi günü ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq qanuni hüquqlarının təmin edilməsi tələbi ilə aclığa başladığını bildirib.

 

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, onun fəalla bağlı hansı ssenari üzərində işlədiyi isə hələlik məlum deyil.

Belə açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

 

Etibarlı bir mənbə fəal saxlandığı gün bildirmişdir ki, bundan əvvəl dəfələrlə Məlikanın millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən fəal yaxalanaraq Məlikan Ettelaat İdarəsinin təcridxanasına aparılıb. Saxlanılarkən döyülən fəal baş nahiyyəsindən yaralanıb.

 

Mehdi Kuxiyan 2017-ci il yanvar ayında (hicri-şəmsi təqvimi ilə 1395-ci il dey ayı) Məlikan prokuroru və bələdiyyə başçısının şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə həbs cəzası ilə üzləşib.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar