SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Nasir Xulusi saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Nasir Xulusi saxlanılıb

Gunaz.tv

GünAz TV: Dekabrın 14-də güney azərbaycanlı milli-mədəni fəal Nasir Xulusi Təbriz şəhərində saxlanılıb.

 

Şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal naməlum istiqamətə aparılıb. Onun tutulma səbəbi və harada saxlandığı barədə hələlik məlumat yoxdur.

 

Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb və bir neçə ay sonra Urmiya Məhkəməsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.

 

Nasir Xulusu 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün Təbrizdə ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb, lakin o təxminən 4 ay həbsdən sonra 2018-ci il fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar