SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Nəsim Sadiqi 6 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Nəsim Sadiqi 6 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

 

Fəal məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən sentyabrın 21-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə müraciət edib, ona 6 aylıq həbs cəzası ilə bağlı şifahi olaraq məlumat verilib.

 

Hakim türk fəalı sosial mediada göstərdiyi fəaliyyətlər səbəbiylə “sistemin əleyhinə təbliğat”da günahlandıraraq 6 ay həbs cəzasına məhkum edib. Nəsim Sadiqi xüsusilə Telegram sosial şəbəkəsində idarə etdiyi “Milli Görüş” adlı kanalla əlaqədar bu ittihama məruz qalıb.

 

Nəsim Sadiqi sentyabrın 3-də “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunub. O məhkəmə prosesində irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir.

Fəal həmçinin məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.

 

Azərbaycanlı fəal 2018-ci ilin oktyabr ayında virtual aləmdə yalan məlumat yaymaq, ölkəyə müxalif olan cəmiyyətlərə üzv olmaq və sistemin əleyinə təbliğat aparmaqda şübhəli bilinərək “Sepah”ın Təhlükəsizlik Bölümü tərəfindən saxlanmışdır. Lakin sonra Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi birinci iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul edib. Fəalın üzərindən iki ittiham götürülsə də onun mühakimə prosesi “sistemin əleyinə təbliğat aparmaq” ittihamı ilə davam etdirildi.

 

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar