Güney azərbaycanlı fəal Pərisa Rəfii azadlığa çıxıb

2021-06-09 09:08

Güney Azərbaycanın Zəngan şəhərindən olan tələbə hərəkatının fəalı Pərisa Rəfii azadlığa buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Müddəti bitən milli fəal 11 ay ədalətsiz həbsdən sonra iyunun 8-də Tehranın Evin həbsxanasından azadlığa çıxıb.

 

Qeyd edək ki, P.Rəfii 7 iyul 2020-ci ildə Evin həbsxanasının məhkəməsinin hökmlərin icrası şöbəsinə çağrıldıqdan sonra saxlanılıb, həbs cəzasını çəkmək üçün həmin zindanın qadınlar bölməsinə köçürülüb.


O, həbs müddətində yaxınları ilə görüşdən məhrum edilib və məzuniyyətə buraxılmayıb.

 

Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin girişində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu bölməsinə aparılıb.

O, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Pərisa Rəfii 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktuba görə, mühakimə olunub.

Azərbaycanlı öyrənci bu məktubda İran həbsxanalarında acınacaqlı vəziyyətdə saxlanılan siyasi fəallardan, xüsusilə də qadınlardan bəhs edib. O, məhkəmə məmurları tərəfindən bakirəlik testi və edamla təhdid edildiyini  yazıb.

 

O, Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai düzəni pozmaq”da günahlandırılaraq 7 il həbs cəzasına və 74 şallaq zərbəsinə məhkum edilmişdi.

Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi.
 
Daha sonra ümumi əfv sərəncamına uyğun olaraq onun barəsində çıxarılan cəzalar bir il həbs ilə əvəz edilmişdi.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22