SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Qulam Quluzadə 5 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Qulam Quluzadə 5 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Urmiyalı fəal Qulaməli Hüseynquluzadə (Qulam Quluzadə-red.) 5 il həbs cəzasına məhkum edilib. Hökm fəala qarşı ittihamlar üzrə sentyabrın 29-da keçirilmiş məhkəmə iclasında oxunub.

 

Hakim Rza Nəcəfzadənin sədrliyi ilə Urmiya İnqilab Məhkəməsinin 3-cü şöbəsində keçirilmiş məhkmə iclasının çıxardığı ittihamnaməyə əsasən, güney azərbaycanlı fəal “dövlət əleyhinə fəaliyyət göstərən qruplaşmalarda üzvlük”də ittiham edilib.

 

İttihamnadə İranın Cinayət Məcəlləsinin 449-cu maddəsinə əsasən, fəalın “günahının sübuta yetirildiyi” və 5 il həbs cəzasına məhkum edildiyi yazılıb. Bundan başqa, onun saxlandığı müddət həbs cəzasından çıxılacaq.

 

İttihamnamədə həmçinin Qulam Quluzadəyə məxsus 2 ədəd professional kamera və səsyazan qurğunun “peyk kanalı olan GünAz TV ilə əlaqə saxlamaq və bununla da ölkə xəbərlərini, eləcə də təhlükəsizliklə bağlı məlumatları kanala yollamaq üçün istifadə etdiyinə görə, 215 maddəyə əsasən, cinayət aləti kimi qəbul edilməklə, dövlətin xeyrinə müsadirə edilməsi” də qeyd edilib.

 

Xatırladaq ki, Qulam Quluzadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən “Babək qalası” mərasimində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. Saxlanılan zaman fəal onlar tərəfindən möhkəm döyülmüşdü. O, bir gün xəstəxanada müalicə aldıqdan sonra Urmiyanın Mərkəzi Həbsxanasına köçürülmüşdü.

 

Qulam Quluzadə 25 gündən sonra mülki vəsiqə ilə cinayət işinin tamamlanması və məhkəmənin keçirilməsinə qədər zaminə buraxılmışdı.

 

Fəal mədəni və ictimai fəaliyyətlərinə görə, dəfələrlə “ETTELAAT” Nazirliyi tərəfindən həbs edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar