SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Rza Zarei Apelyasiya Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Rza Zarei Apelyasiya Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Rza Zarei Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsinə çağırılıb.

 

Fəal oktyabrın 7-də Apelyasiya Məhkəməsinə müraciət etməlidir.

 

Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

 

Fəal fiziki şəxslərə məxsus lövhələri təxrib etmək, sistemin əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ölkənin təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma kimi qondarma ittihamlarla üzləşib.

 

Rza Zarei ötən il payızın əvvəl ayında “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən Təbrizdə tutulub. O 17 gün Ettelaat İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Azərbaycanlı fəal saxlandığı zaman və məhkəmə prosesi zamanı özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək bunu təhlükəsizlik orqanlarının quraşdırdığı dosye adlandırıb.

 

Ötən günlərdə güney azərbaycanlı fəallara qarşı təzyiqlər artıb. Bir neçə fəal təhlükəsizlik orqanlarına çağırılıb, təhdid edilib və ya məhkəmə qarşısına çıxarılıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar