SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Rza Zarei həbs olunub

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Rza Zarei həbs olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı milli-mədəni fəal Rza Zarei 91 günlük həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanında həbs edilib.

 

Fəal oktyabrın 22-də Təbriz Prokurorluğunun Hökmləri İcra edən Bölümünə müraciət etdikdən sonra həbsxanaya aparılıb.

 

Fəal 2018-ci il oktyabrın 17-də “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən Təbrizdə tutulub. O 17 gün Ettelaat İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Rza Zarei bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Onun həbs cəzası oktyabrın 7-də keçirilən apellyasiya məhkəməsində 91 günə endirilib.

 

Apellyasiya məhkəməsində fəalın üzləşdiyi “fiziki şəxslərə məxsus lövhələri təxrib etmək”, “sistemin əleyhinə təbliğat aparmaq”, “təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq” və “ölkənin təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma” kimi qondarma ittihamlara baxılıb.

Rza Zarei özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək Təbriz İnqilab Məhkəməsinin çıxardığı hökmə kəskin etiraz bildirib və həbs qərarına yenidən baxılmasını istəmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar