SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Şahin Bərzgər saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Şahin Bərzgər saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər Təbrizdə saxlanılıb.

 

Məlumata görə, fəal ötən həftə təhlükəsizlik qüvvələri tərəfindən öz ata evində saxlanılaraq naməlum istiqmaətə aparılıb.

 

Azərbaycanlı fəalın nə zaman tutulduğu və harada saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur.

 

Şahin Bərzgər bundan əvvəl əsgərlik xidməti dövründə mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı fəallara dəstək verdiyinə görə saxlanılıb və sorğu-suala tutulmuşdur.

 

O “silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq və sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib. Fəal ötən qış aylarında həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına salınmışdır.

 

Ötən günlərdə ölkədə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirildiyi zaman onlarla güneyli fəal saxlanılıb. Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların sayı və kimliyini müəyyənləşdirmək mümkün olmayıb, çox sayda fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar