SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar özünümüdafiə mətnini məhkəməyə təqdim edib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Salar Tahir Əfşar özünümüdafiə mətnini məhkəməyə təqdim edib

Gunaz.tv

GünAz TV: İranda 2019-ci il noyabr ayı etirazları zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar göndərilən çağırış vərəqəsinə əsasən şənbə günü məhkəməyə müraciət edib.

 

Urmiya sakini olan fəal martın 7-də özünümüdafiə mətnini məhkəməyə təqdim edib.

 

Məlumata görə, noyabr etirazlarının qanuna uyğun olduğunu müdafiə edən fəal təhlükəsizlik orqanlarının davranışını məhkum edərək onların əməkdaşlarının etirazçılara qarşı kobud hərəkətlərini qanuna zidd adlandırıb. Azərbaycanlı fəal məhkəmənin müstəqil qərar vermədiyini tənqid edərək məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

 

Urmiyanın “9 təpə” məhəlləsinin təhlükəsizlik qüvvələri Salar Tahir Əfşarın ata evi və daha bir neçə fəalın evinə hücum çəkdikdən sonra fəal 2019-cu il noyabrın 18-də “9 təpə”nin Ettelaat İdarəsinə müraciət etmişdir. O iki gün Ettelaat-ın təcridxanasında saxlandıqdan sonra məhkəməyə aparılıb, barəsində 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılmışdır. Məlumata görə, Salar Tahir Əfşar məhkəmədən çıxarkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb. O “Sepah”ın təcridxanasında 5 gün, sonra isə Urmiyanın mərkəzi zindanında 3 gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Beynəlxalq qurumların hesabatına əsasən İranda ötən ilin noyabr ayında bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı min nəfərdən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Həyatını itirən etirazçılar arasında çox sayda güney azərbaycanlı olub.

 

Salar Tahir Əfşar bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, məhkəmə qarşısına çıxarılıb və müxtəif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar