SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Salar Tahiri Əfşar müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Salar Tahiri Əfşar müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Son etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Salar Tahiri Əfşar müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Urmiya sakini olan fəal noyabrın 28-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

 

Benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarında Güney Azərbaycanın digər şəhərləri kimi, Urmiya şəhərində də çox sayda soydaşımız saxlanılıb. Onların arasında azərbaycanlı milli-mədəni fəallar da var. Aksiyaların keçirildiyi günlərdə Urmiyada saxlanılan fəallardan bu günədək 3-nün kimliyi müəyyən edilib: Əli Əzizi, Salar Tahiri Əfşar və Abbas Mehrasa.

 

Cümə axşamı müvəqqəti sərbəst buraxılan fəaldan əlavə, Əli Əzizi də ötən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Lakin hələlik Abbas Mehrasanın harada saxlandığı və vəziyyəti haqda heç bir məlumat yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar