SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Təbrizin Mərkəzi Zindanına köçürülüb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Təbrizin Mərkəzi Zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Təbriz Ettelaat İdarəsinin təcridxanasından bu şəhərin Mərkəzi Zindanına köçürülüb.

 

Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Təbrizin Ettelaat İdarəsinə aparılmışdır.

 

Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinin (Dadsəra) hakimi Əli Musəvi Əqdəm, Səccad Şəhirinin saxlanması ilə bağlı göstəriş verib.

Azərbaycanlı fəalin ““GAMAC” (Güney Azərbaycanın müstəqil zümrəsi) bölücü qruplaşmasına üzv olmaq”da şübhəli bilindiyi qeyd olunub. GAMAC Təşkilatının mötərizənin içində  “Güney Azərbaycanın müstəqil zümrəsi” adı ilə təqdim olunması xüsusi diqqət çəkir. Bu iki qurumun bir-birindən fərqli olduğu və fərqli nizamnamələrə malik olduqları hər kəsə aydındır.

2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.

 

Adını çəkdiyimiz fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar