SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal və müəllim müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal və müəllim müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı fəal və müəllim Höccət İmami 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.


Fəal yanvarın 7-də Sayınqala şəhərində öz evində saxlanılaraq Urmiya şəhərinin Ettelaat İdarəsinə aparılmışdır.


O yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyaya aparıldığını və qeyri-müəyyən vəziyyətdə saxlandığını deyib.


Fəal 3 həftə saxlandıqdan sonra yanvarın 28-də ağır mülki vəsiqə qarşılığında azad edilib.


Təhlükəsizlik qüvvələri fəalı yaxalarkən evdə axtarış aparıb, ona aid ləptop, mobil telefonu və bir neçə kitabı özləri ilə götürmüşdür.


Höccət İmaminin bədən tərbiyəsi üzrə yüksək lisansı var, o Sayınqala şəhərinin məktəblərində müəllim kimi işləyir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar