SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Yusif Kari 6 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Yusif Kari 6 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında müvəqqəti olaraq saxlanılan güney azərbaycanlı fəal Yusif Kari haqda ağır məhkəmə hökmü çıxarılıb.

 

Məlumata görə, hakim Məhdəviradın rəisi olduğu Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəalı 6 il azadlıqdan məhrum edib.

 

Fəala “GAMAC Təşkilatına üzv olmaq” ittihamına görə 5 il, “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə isə1 il həbs cəzası verilib.

 

Azərbaycanlı fəalın məhkəmə iclası dekabrın 10-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. O sentyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ettelaat İdarəsi onun müvəqqəti azadlığa buraxılmasına mane olub.

 

Yusif Kari o halda sözdə Abbas Lisaninin rəhbərlik etdiyi GAMAC təşkilatına üzv olmaq ittihamı ilə 5 il həbsə məhkum edilib ki, Abbas Lisani məhkəmədə bu ittihamdan bəraət qazanıb, onun GAMAC təşkilatına üzv olmaq və ya hansısa qoluna rəhbərlik etməsi iddiası sübuta yetirilməyib.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 2010-cu ildə Avropada təsis edilib. Mərkəzi ofisi Almaniyanın Hannover şəhərində olan təşkilat yalnız xaric ölkələrdə fəaliyyət göstərir.

 

Dekabrın 17-də elan olunan məhkəmə hökmündə fəalın İnstaqram səhifəsindəki paylaşımları, onun əvvəlki fəaliyyətləri, o cümlədən Savalan dağı yığıncağına qatılması, Babək qalası yürüşündə saxlanması, Abbas Lisani, Rəhim Qulami və digər azərbaycanlı siyasi məhbusların qarşılanması mərasimində iştirak etməsinə də işarə olunub.

 

Hökmdə Ettelaat İdarəsinin raportuna da toxunulub. Qeyd olunub ki, “müttəhim pantürkizm və bölücülük zəminində fəaliyyət göstərib. O bölücü qruplardan olan və düşmən ölkələr tərəfindən dəstəklənən Əhməd Obalının rəhbərlik etdiyi GAMAC təşkilatı ilə əlaqədə olub.”

 

Məhkəmə Yusif Karini sözdə GAMAC-ın daxili qolu olan Abbas Lisaninin rəhbərlik etdiyi təşkilata üzv olmaqda günahlandıraraq ona 5 il həbs cəzası verib. Fəal həmçinin sisteme qarşı təbliğat aparmaq ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. O toplam olaraq 6 il həbs cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar