SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar Ettelaat İdarəsində işgəncə edilir

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar Ettelaat İdarəsində işgəncə edilir

Gunaz.tv

GünAz TV: Noyabrda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar Təbrizin Ettelaat İdarəsində işgəncə edilir.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etibarlı mənbəyə istinadən bildirib ki, Təbrizdə azərbaycanlı milli-mədəni fəallardan bəziləri ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

 

Məlumata görə, Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri, Babək Hüseyni Müqəddəm, Yaşar Piri və Şahin Bərzgər Ettelaat İdarəsinin təcridxanasında ağır işgəncə altında saxlanılır. Tutulan digər fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur.

 

Mənbə bildirib ki, işgəncələr son günlərdə daha da artıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir,  bunun üçün də amansız işgəncə üsullarından istifadə edilir.

 

Əldə etdiyimiz məlumata görə, sözügedən azərbaycanlı fəalların dosyesinə hakim (bazpors) Musəvi baxır. Musəvi hər zaman məhbusların ailə üzvlərinə münasibətdə təhqiramiz davranış nümayiş etdirib, onun Ettelaat İdarəsinə bağlı olduğu bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar