SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar İran stadionlarında yol verilən irqçiləyə qarşı növbəti dəfə kampaniyaya başlayır

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar İran stadionlarında yol verilən irqçiləyə qarşı növbəti dəfə kampaniyaya başlayır

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar İran stadionlarında türklərin əleyhinə yol verilən irqçi hərəkətlərə qarşı bu axşam növbəti dəfə etiraz kampaniyası keçirəcəklər.


Sosial şəbəkələr və milli teleqram kanallarında yayılan məlumata görə, FİFA-nın bundan əvvəlki kampaniyada 18 min twit və 35 min komentlə bağlı səssiz qalması və farsdilli mətbuat orqanlarının xəbəri boykot etməsinə etiraz olaraq Twitter və İnstaqram sosial şəbəkələrində etiraz kampaniyası keçiriləcək.


Kampaniya çərşənbə axşamı Təbriz vaxtı ilə saat 20:00-dan 22:00-dək keçiriləcək. Təşkilatçılar bundan əvvəlki kampaniyaya nisbətən daha çox twit və şərh yazılacağına ümid edir.


Kampaniyada “#world_hear_our_voice” hashtagından istifadə olunacaq. İrqçiliyə etiraz edən sosial şəbəkə istifadəçilərindən istənilib ki, aşağıdakı mətni qeyd olunan hashtagla birlikdə FİFA və AFC-nin rəsmi səhifələrinin sonuncu postunun altında paylaşsınlar.

"We fans of the Tractor football team from iran , we have been persecuted by Persepolis fans for their racist insults And because of the Iranian Football Federation's failure to deal with racism, Persepolis supporters repeat racist insults. And the Persian-language media also hide this. We are very saddened by FIFA's lack of involvement in this matter, and we ask the respected FIFA authorities for help and punishment for racists so that we will not see racism in Iranian football again"

 


Yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilən “Traxtur”-“Perspolis” görüşündə ev sahibinin irqçi tərəfdarları “Traxtur” komandası və mənsub olduğu Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Onlar özlərinin layiq olduğu şüarlar səsləndirərək türkləri uzunqulağa bənzətmişdilər. Buna etiraz olaraq azərbaycanlı fəallar və “Traxtur” tərəfdarları çərşənbə günü, yanvarın 29-da Twitter-də “fifa_hear_our_voice#” Hashtagı ilə irqçiliyə qarşı kampaniya keçirdilər.


Kampaniyanın İran mətbuatı və irqçi mövqedə olan farsdillilər tərəfindən boykot edilməsinə baxmayaraq FİFA və AFC-nin İnstaqram səhifələrində irqçiliyə qarşı 30 mindən çox koment yazıldı, soydaşlarımız kampaniyaya qatılmaqda xüsusi aktivlik göstərdilər.


İranda türklər kütləvi informasiya vasitələri, dərsliklər, stadionlar və s. kimi yerlərdə sistemli şəkildə təhqirə məruz qalır. Azərbaycanlılar internetdə kampaniya keçirməklə dünya ictimaiyyətinin irqçilik zəminində edilən təhqirlərə diqqətini çəkməyə çalışır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar