SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri iyulun 16-ı günortadan sonra sərbəst buraxılıb.

 

Sulduz sakini olan fəallar 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azad edilib.

 

Fəalların yaxınlarının dediyinə görə, onlar dindirilmə mərhələsində GAMAC Təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində və tanınmış fəal Abbas Lisaninin evində etdikləri çıxışlarla bağlı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

 

Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılmışdır.

Fəalların ailəsi 24 gün ərzində onların vəziyyəti barədə heç bir xəbər əldə edə bilmirdi. Bu məsələ onların nigaranlığına səbəb olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar