Güney azərbaycanlı fəallar Zəhranın doğulduğu evin qapısına banner asıb: “Azərbaycan başın sağ olsun! Yasımızı özümüz tutarıq” - VİDEO

15.11.2019, 13:28

GünAz TV: Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində əhalinin əsas problemlərinin aradan qaldırılmadığına dair hər gün yeni material yayılır.


Miyananın Vərənkeş kəndi, xüsusi ilə də zəlzələdə həlak olan azyaşlı Zəhranın atası evini əks etdirən video yayılıb. Çərşənbə günü çəkilən videoda görünür ki, hökumət rəsmiləri yalnız görüntü olaraq bölgəyə gedir və müxtəlif vədlər verirlər. Lakin onlar verdikləri vədə əməl etmir.


Ölümündən sonra sosial şəbəkələrdə məşhurlaşan Zəhranın atası evində hələ də dağıntıların təmizlənməsi əməliyyatı başa çatmayıb.


Zəhra Abedinin əvvəllər Səhənd kanalının “Kəndimiz” proqramına danışdığı sözlər ölümündən sonra verilişin aparıcısı Fərdin Allahyari tərəfindən yayılıb. Onun məktəblərindəki problemləri dilə gətirməsi və şirin danışığı eşidənləri çox kədərləndirir.


Azyaşlının atası və Hacər Mirzayi adlı bir xanım Zəhranın kənddə tibbi mərkəz və dava-dərmanın olmadığından öldüyünü bildirib. “Qızım dağıntıların altından diri çıxarıldı. O xəstəxanaya çatdırıldı, lakin oksigen balonu və həkim olmadığından həyatını itirdi.”- deyə azyaşlının atası bildirib.


Noyabrın 13-də Zəhranın dünyaya göz açdığı evin qapısından başsağlığı banneri asılıb. Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəallar tərəfindən hazırlanan bannerdə “Azərbaycan başın sağolsun! Yasımızı özümüz tutarıq” sözləri yazılıb.


https://www.youtube.com/watch?time_continue=8&v=Ltyy_OnD0l4&feature=emb_logo


Qeyd edək ki, Zəhra Abedinin adı yanlış olaraq sosial şəbəkələrdə Reyhanə kimi qeyd olunub. Lakin Reyanə videoda Zəhranın yanında görünən qız uşağıdır. Təəssüflə Reyhanə də təbii fəlakət zamanı həyatını itirib.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25

gun az article

Həmədanda işsizlik göstəricisi artıb

2022-06-24

gun az article

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022-06-24

gun az article

Qaradağ meşələrində yanğın olub

2022-06-24

gun az article

Zənganda bələdiyyə başçısı həbs edilib

2022-06-24

gun az article

Güney və Azərbaycanın idman klubları qardaşlaşıb

2022-06-24

gun az article

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022-06-24

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi böhran davam edir" və “İranda iqtisadi fəlakətin əsas səbəbi”-VİDEO

2022-06-24

gun az article

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022-06-24

gun az article

Təbriz İranda üçüncü bahalı şəhərdir

2022-06-24

gun az article

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

2022-06-24

gun az article

Səməd Behrənginin doğum günüdür

2022-06-24